ManşetSiyasət

Ruslardan yeni iddia: “Bakıda nümayiş etdirilən “İsgəndər-M” raketinin qalıqlarını Türkiyə İdlibdən gətirib”

Rusiya Qarabağda istifadə olunmuş “İsgəndər-M” raketləri ilə bağlı cəncələ düşüb. JAMAZ.İNFO xəbər verir ki, Şuşa şəhərində Azərbaycan Ordusuna qarşı istifadə olunan silahla bağlı rəsmi açıqlama olsa da, Kreml vəziyyətdən çıxa bilmir. Elə bu səbəbdən də müxtəlif bəhanələr və iddialar səsləndirməklə günahı üzərindən atmağa çalışır.

Qeyd edək ki, Rusiyanın məlum hadisə ilə bağlı daha bir “iddiası” ortaya çıxıb. Yerli mediayaya Kremldən ötürülən məlumatlarda bildirilir ki, guya, nə Rusiya, nə də Ermənistan Qarabağda sözügedən raketdən istifadə etməyib. Və “İsgəndər-M” məsələsi birbaşa Türkiyənin “oyunudur”. Belə ki, Türkiyə Qafqazda möhkəmlənmək və Qarabağ məsələsində Azərbaycanın əlini daha da gücləndirmək üçün müxtəlif vasitələrdən istifadə edir. Həmçinin o da “iddia” edilir ki, guya, Azərbaycanın nümayiş etdirdiyi “İsgəndər-M” raketinin qalıqları Şuşadan deyil, məhz Türkiyənin yardımı ilə Suriyanın İdlib şəhərindən gətirilib. Ki, bundan Rusiyaya qarşı istifadə olunsun.

JAMAZ.İNFO xəbər verir ki, Moskvanın gah sağa, gah da sola çırpınması başa düşüləndir. Çünki özünün ən çox təriflədiyi və əksər dövlətlərə “matah” mal kimi təqim etdiyi “İsgəndər” raketləri silah bazarında hörmətdən düşüb. Artıq nəinki rus raketlərinə, hətta digər silahlarında da bazarda etimadsızlıq yaranıb. Məslən, bu yaxınlarda bir çox dövlətlər, xüsusən Afrika ölkələri, habelə Hindistan Rusiya istehsalı olan silahları almaq məsələsində tərəddüd etməyə başlayıblar. Hətta Birləşmiş Ərəb Əmirliklərində keçirilən silah sərgisində Rusiyanın əsas silah alıcısı olan partnyorları heç bir sifariş verməyiblər. Bunun ardından isə İran Moskvadan “MiQ-29” və “MiQ-31” təyyarələrinin alışını dayandırıb.

Qeyd edək ki, Azərbaycanın haqlı iradı qarşısında carəsiz duruma düşən Rusiya, ən optimal yol kimi ölkəmizin əsas müttəfiqi olan Türkiyəni “günahkar” çıxarmağa çalışır. Ki, bununla da izi itirmək istəyir. Halbuki ortada fakt var və bəllidir ki, Rusiya Qarabağda “İsgəndər-M” raketindən istifadə edib. Və Türkiyənin İdlib və ya başqa bir məntəqədən rus raketini gətirməyə ehtiyac yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button