GündəmManşet

Ruslardan separatçılara cavab: “Gedin, sabah gələrsiz””

Az öncə bir qrup erməni Xocalıda yerləşən rus sülhməramlılarının qərargahı qarşısında toplaşıblar. JAMAZ.İNFO “Haykakan Jamanak” qəzetinə istinadən xəbər verir ki, Qarabağdakı separatçıların nümayəndələri sülhməramlı qoşunların komandanı Aleksandr Lentsovla görüş tələb edirlər.

Bundan başqa, ermənilər Lentsovdan sabah keçirəcəkləri “yürüş”ün təhlükəsizliyini təşkil edib, etməyəcəyinə cavab verməsini istəyiblər. Qərargahdan isə bildirilib ki, onlar suallarını yazılı şəkildə təqdim etsinlər və sabah onlara yazılı şəkildə də cavab verləcək.

Qeyd edək ki, Qarabağdakı erməni separatçıları növbəti təxribata hazırlaşırlar. Onlar Xankəndidən Laçın Sərhəd Buraxılış Məntəqəsinə yürüş etməyə hazırlaşırlar. Bunun üçün avtobus da ayrılıb. Separatçılar deyiblər ki, məqsədləri Laçın SBM-in açılmasına nail olmaqdır. Bunun üçün onlar SBM-in qarşısında oturaq aksiya keçirməyi planlaşdırırlar.

P.S. Ermənilər bu cür hərəkətləri ilə nəyəsə nail olacaqlarını düşünürlər. Elə zənn edirlər ki, belə təxribatlardan sonra Azərbaycan tərəfi geri addım atacaq. Əksinə, ermənilər bununla özlərini daha çətin duruma salacaqlar. Elə bir duruma ki, özləri də oradan çıxa bilməyəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button