ManşetÖlkə içi

Ruslar Xankəndinə hansı yükü aparıblar? – SİYAHI

Xəbər verildiyi kimi, dünən Ağdam-Xankəndi yolu uzun fasilədən sonra açılıb. JAMAZ.İNFO xəbər verir ki, ilk olaraq Rusiya Qırmızı Xaç Komitəsinin yükləri Xankəndinə göndərilib.

Qeyd edək ki, erməni tərəfi həmin yükün ərzaqdan ibarət olmadığını, yalnız yorğan-döşək olmasını iddia etmişdi. Bu gün isə məlum olub ki, RQXC-nin göndərdiyi yük təkcə yorğan-döşəkdən ibarət olmayıb. Habelə xeyli miqdarda ərzaq da Xankəndinə çatdırılıb.

Ruslar ermənilərə nə göndəriblər?

JAMAZ.İNFO xəbər verir ki, separatçılar bildiriblər ki, bir maşında 1000 qutu ərzaq olub. Hər qutunun içində isə:

Günəbaxan yağı – 1 ədəd

Toz şəkər 1 kq

Buğda unu 2 kq

Makaron 500 qr – 3 əd

Qarabuğda yarması 1 kq

Buğda yarması 1 kq

Vələmir unu 1 kq

Yataq dəsti – 1 ədəd.

Yastıq – 1 əd.

Yorğan – 1 əd.

Bundan başqa, 200 dəst gigiyenik vasitələr olub. Bir dəstə daxildir: diş fırçaları – 3 ədəd, sabun – 10 əd,. Uşaq dəstinin sayı isə 192 ədəd olub. Oraya isə körpə əmziyi – 1 ədəd., vitamin pastilləri – 3 əd,  diş fırçası – 1 əd., uşaq püresi – 8 əd., uşaq balıq yağı (kapsulalarda) – 1 əd.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button