ManşetSiyasət

Ruslar İrəvana gəldilər: Sərhəddin demarkasiyası prosesi gələn həftə başlayır

Məlum olduğu kimi, noyabrın 26-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri Soçidə bir araya gələrək, bəyanat imzalayıblar. JAMAZ.İNFO xəbər verir ki, həmin bəyanatda Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delmitasiyası prosesinə başlanılması razılaşdırılıb.

Razılaşmaya əsasən Azərbaycan və Ermənistan sərhəd məsələsi ilə bağlı komissiya yaratmalı, Rusiya isə prosesdə məşvərətçi kimi iştirak etməlidir.

Qeyd edək ki, Ermənistan tərəfi prosesə tezliklə başlamağın mümkün olmadığını bəyan edib. İrəvan hesab edir ki, sərhədləri müəyyən etmək üçün uzun illər vaxt lazımdır. Eyni zamanda, prosesə başlamaq üçün qarın əriməsini, yəni yazı gözləmək gərəkdir.

Bu gün isə məlum olub ki, Rusiya Demarkasiya və Delmitasiya Komissiyasının nümayəndələri xüsusi reyslə İrəvana gəliblər. “Hraparak” nəşrinin xəbərinə görə, demarkasiya və delimitasiya prosesinə bu həftə başlanılacaq.

Qəzet bildirir ki, Ermənistan Demarkasiya və Delmitasiya Komissiyasının kimlərdən ibarət olacağı məlum deyil. Rusiya tərəfdən prosesə Qarabağdakı rus sülhməramlılarının keçmiş komandanı, hazırda Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin komandan müavini, genertal Rüstəm Muradov başçılıq edəcək.

Erməni mənbələri Azərbaycan və Rusiya tərəfinin tələsməsinin səbəbini bilmədiklərini qeyd edirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button