GündəmManşet

Ruslar Arayiki əliboş qaytardılar: Zabuxdakı ermənilər Şuşanın kəndlərinə köçürüləcək

Xəbər verildiyi kimi, Laçın dəhlizinə alternativ yolun inşası başa çatmaq üzrədir. JAMAZ.İNFO xəbər verir ki, yeni yol istifadəyə verildikdən sonra Laçın şəhəri, Zabux qəsəbəsi və Sos kəndi Azərbaycanın nəzarətinə keçəcək.

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan da təsdiqləyib ki, razılaşmaya əsasən sözügedən yaşayış məntəqələri Azərbaycanın nəzarətinə keçəcək. Bu gün isə məlum olub ki, Laçının Sos kəndində ümumiyyətlə, ermənilər yaşamırlar. Onlar müharibədən sonra kəndi tərk edərək, Ermənistana köçüblər.

Zabuxda isə hazırda 50-yə yaxın ev var ki, orada da 170 nəfərə yaxın erməninin yaşadığı bildirilir. JAMAZ.İNFO xəbər verir ki, Zabuxda yaşayan ermənilərə qəsəbəni tərk etmək barədə təlimat gəlib. Onlara konkret nə qədər vaxt verildiyi barədə heçnə deyilmir. Sadəcə, oradakı ermənilərə köç üçün hazırlıqlı olmaları çatdırılıb.

Bu əsnada, Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Harutyunyanın böyük ümidlə Moskvaya səfər etməsi də nəticəsiz qalıb. Belə ki, Arayik Moskvada heç olmasa Zabuxun onlarda qalmasını təmin etmək üçün xahiş edib, lakin rədd cavabı alıb. Xankəndinə döndükdən sonra isə Harutyunyanın müşavirə keçirərək, Zabux ermənilərinin köçü ilə bağlı hazırlıqlara başlanması göstərişi verdiyi deyilir.

İlkin məlumatlara görə, Zabuxdakı ermənilərin bir qismi Şuşa rayonunun Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə köçürüləcək. Belə bir qərarın verilməsinin iki əsas səbəbi var. Onlardan biri həmin kəndlərin rus sülhməramlılarının nəzarəti altında olmasıdır. İkincisi isə Qarabağda yaşayan ermənilərin sayının azalmamasına cəhddir.

Zabuxun qondarma “meri” Aandranik Çavuşyan deyib ki, Nikol Paşinyan onların yerinə qərar verə bilməz. Onun sözlərinə görə, qəsəbəni tərk etmək fikrində deyillər.

Qeyd edək ki, Laçın yoluna alternativ çəkilən yeni yol Ermənistanın Sünik vilayətinin Kornidzor kəndindən start götürəcək. Həmin yol Laçın şəhərindən, Qayğı qəsəbəsindən, Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndələrindən keçərək, Zabux qəsəbəsinə, oradan isə dağların üzərindən Xankəndinə biləşəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button