ManşetSiyasət

Rusiyanın Türkiyə planı: Lavrov Bakıya niyə gəlir?

“Rusiya XİN başçısının münaqişə edən ölkələrə səfəri çox əhəmiyyətlidir. Belə ki, bu səfərlər Türkiyə-Rusiya münasibətlərinin yeni mərhələsində həyata keçirilir. Bu gün yeni reallıqlar yaranıb, onlardan ən ciddisi də Donbassdaki durumla bağlıdır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri rusiyalı şərqşünas Aleksey Malaşenko Rusiya xarici işlər nazirinin İərvan və Bakıya gözlənilən səfərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Donbass məsələsində Rusiya və Türkiyə arasındakı münasibətlər elə səviyyəyə çatıb ki, bu vəziyyət Moskvanı Qarabağ məsələsində də ehtiyatlı olmağa vadar edir. O hesab edir ki, burada Fransa və ABŞ kimi ayrı oyunçular da var. “Hazırki etapda Moskvaya nə Donbassda, nə də Dağlıq Qarabağda əlavə gərginlik lazım deyil. Hər iki münaqişə zonasında olan cari vəziyyət isə istər Türkiyə, istər Fransa və ABŞ-a fərqli addımlar atmağa imkan yaradır. ATƏT-in Minsk qrupunun amerikalı və fransalı həmsədrlərinin fəallaşması Türkiyənin rolunu azaldacaq. Hazırda əsas hədəf siyasi dözümlülük nümayiş etdirərək, qərbli oyunçuların regionda fəaliyyətinin qarşısını almaq olacaq”.

Lakin o əlavə edib ki, ATƏT Minsk Qrupu Rusiyaya da lazımdır və Rusiya XİN başçısının gözlənilən səfəri ATƏT MQ-nin növbəti mərhələdə fəaliyyəti üçün əsaslar yaratmağa xidmət edəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button