ManşetÖlkə içi

“Rusiyanın Qarabağın statusu ilə bağlı mövqeyi bizim yanaşmamıza uyğundur”

“Ermənistanın siyasi müstəvidə yanaşmalar baxımından praktiki olaraq konsensus vəziyyəti mövcuddur. Sizə xatırlatmaq istəyirəm ki, söhbət Ermənistan hökumətinin Rusiyanın təkliflərinə necə münasibət bəsləməsindən gedirdi. Və bu təkliflərin mahiyyəti, sonradan məlum olduğu kimi Dağlıq Qarabağın statusu məsələsini qeyri-müəyyən müddətə təxirə salmaqdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, bu təklif ortaya çıxandan sonra İrəvan çox cəld reaksiya verib. Lakin müxalifət arasında və Qarabağda Rusiyanın təkliflərini qəbul etmək tələbləri var idi. “Deyə bilərəm ki, hökumət bu təklifləri 2021-ci ilin yanvarından qəbul edib. Mövzuya aydınlıq gətirmək imkanı verdiyi üçün Rusiya prezidentinə minnətdaram”.

Bundan əvvəl Paşinyan bildirib ki, Rusiyanın Qarabağın statusu məsələsində mövqeyi Ermənistan hakimiyyətinin yanaşmasına tam uyğundur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button