ManşetSiyasət

Rusiyanın Qarabağda muxtariyyət arzusu: Zatulinin diliylə danışırlar

Rusiya Qarabağda uzun müddət qalmaq üçün yeni vasitələr axtarır. JAMAZ.İNFO xəbər verir ki, Kreml münaqişənin bitməməsi, “sülhməramlı” adı altında uzun illər bölgədə qalmaq üçün artıq yeni bir məsələni ortaya atmağa çalışır.

Qeyd edək ki, Moskva bu məsələdə birbaşa çıxış etməsə də, dolayı vasitələrlə gündəmə gətirmək üçün cəhdlər edir. Məsələn, Rusiya Dövlət Dumasının MDB ölkələri, Avrasiyaya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin bununla bağlı artıq ilk ipuclarını göstərməyə başlayıb.

JAMAZ.İNFO xəbər verir ki, Zatulin Prezident İlham Əliyevin Salyanda səfərdə olarkən Qarabağla bağlı verdiyi açıqlamanı “ermənilərin Qarabağdan deportasiyasının anonsu” kimi qiymətləndirib. “Rusarminfo” saytına danışan deputat vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin sülhün bərqərar olması üçün başqa ölkələrə qarşı ərazi iddialarından həmişəlik imtina etməli olduğu bəyanatı İlham Əliyevin ultimatum təqdim etmək iddiaları üçün “ötürmə” olduğunu vurğulayıb.

Və ardından Zatulin əsas “məqsədin” üzərinə gəlib. O deyib ki, Qarabağ hələ sovet dönəmində muxtariyyətə sahib idi. “Hətta SSRİ dövründə də Dağlıq Qarabağın muxtariyyət statusu var idi. Lakin bu gün həmin məsələ müzakirə olunmur. Halbuki ilk məsələ kimi ortaya qoyulmalıdır”.

Rusiyalı deputat onu da bildirib ki, Ermənistan Rusiya sülhməramlı kontingentin Qarabağdan çıxarılması üçün bütün addımları atacaq. “Qarabağdan tam əl çəkmək üçün Ermənistan Rusiya sülhməramlı qüvvələrinin bölgədə qalmaması üçün lazım olan bütün addımları atacaq. İrəvan müddətin uzadılmasına razı olmayacaq. Amma erməni hökuməti anlamır ki, 20-ci əsrin əvvəllərində olduğu kimi, Osmanlı İmperiyasının onların başına gətirənləri, XXI əsrin əvvəllərində Azərbaycan Qarabağda edəcək. Həmin vaxt ruslar onların köməyinə gəldilər. Bu dəfə isə Paşinyan rusların da köməyə gəlməsini istəmir”.

P.S. Bildirək ki, Azərbaycan hələ 44 günlük müharibədən öncə dəfələrlə Ermənistan tərəfinə Qarabağda yaşayan ermənilərə ən yüksək muxtariyyət verilməsini təklif etmişdi. Bunun üçün lazım olan razılaşma sənədini hazırladığını da bəyan etmişdi. Lakin ermənilər bunu qəbul etməmişdilər. Müharibədən sonra isə rəsmi Bakı Qarabağda yaşayan ermənilərə heç bir güzəşt olunmayacağını, muxtariyyətin isə verilməyəcəyini bildirib.

Zatulinin dilindən danışan Kreml isə “ölünü diriltməyə” cəhd göstərir. Kreml maksimum çalışır ki, bölgədə qalsın və ortalığı qarışdırmaq üçün muxtariyyət mövzusunu gündəmə gətirməyə çalışır. Lakin bu dəfə keçməz…

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button