ManşetSiyasət

Rusiyanın Minsk Qrupu planı: Türkiyə və İran “kənar oyunçu” kimi prosesə qoşula bilərmi?   

1992-ci ildən bəri fəaliyyətdə olan və Qarabağ münaqişəsini həll etməyi üzərinə götürmüş Minsk Qrupunun aqibətinin necə olacağı maraqlıdır. JAMAZ.İNFO xəbər verir ki, 44 günlük müharibədən sonra regiona səfər edən həmsədrlərin Bakıda hansı şəkildə qarşılanması göstərdi ki, Azərbaycan tərəfi bu qrupa etimad göstərmir.

Əslində, rəsmi Bakı məsələdə haqsız deyil. Çünki Minsk Qrupu bu illər ərazində heç bir addım atmamaqla yanaşı, daha çox ölü qurum kimi diqqəti çəkib. Münaqişənin həllində birtərəfli mövqe tutan, daha çox Ermənistanın mövqelərini müdafiə eən qrupun Bakıda başqa şəkildə qarşılanması da imkansız idi.

Aamma Rusiya hər vəchlə Minsk Qqrupunun qalmasında maraqlıdır. Müharibədən sonra zorla Qarabağa daxil olan və orada guya, sülhməramlı missiya yaradan rusların hədəfləri qrupun tərkibini böyütmək və bununla da yeni danışıqlar prosesinə start verməkdir.

Tanınmış ekspert, “Beynəlxalq Analitika” jurnalının baş redaktoru, habelə Rusiya XİN-in Beynəlxalq Əlaqələr İnstitutunun professoru Sergey Markedonov Kremlin planları barədə maraqlı fikirlər səsələndirib. O deyib ki, ABŞ-da son yaşanan olaylardan dolayı Vaşinqton Qafqazda baş verənlərlə bir o qədər dərindən maraqlana bilməyib. “Lakin bu uzun müddət belə davam etməyəcək. Co Bayden hakimiyyətini möhkəmləndirdikdən sonra bu regionla bağlı planlarını icra etməyə başlayacaq. Avrasiyanın üç nəhəng ölkəsinin mövqelərini bərkitməsi Vaşinqtonu şübhəsiz narahat edir. Eyni zamanda, Türkiyə ilə Rusiya arasında müttəfiqliyin dərinləşməsi də Ağ Evin “qorxulu yuxusuna” çevrilib. Və bu, hər addımda diqqəti çəkməyə başlayıb”.

Markedonovun sözlərinə görə, Moskva vəziyyəti belə görərək, yeni bir yolla getməyə üstünlük verib. “Əgər münaqişənin həllində hər hansı problem çıxmayacaqsa və kənar təsirlər hesabına münasibətlər kəskinləşməyəcəksə, Rusiya öz siyasətini dəyişdirməyəcək. Amma paralel olaraq, Rusiya ehtiyat siyasətini də işə salmaqdan qaçmaq istəmir”.

Rus ekspert hesab edir ki, Rusiya hazırda Qarabağ məsələsində çoxşaxəli balanslı siyasəti işə salmağa çalışır. O deyir ki, Kreml Bakı ilə İrəvanın arasını düzəltməklə paralel olaraq, xarici oyunçuları da prosesə çəlb etmək fikrindədir. “Xarici oyunçular olan Türkiyə, İran, Fransa və ABŞ-ın imkanlarından yararlanaraq, Bakı və İrəvan arasındakı münasibətləri dərinləşdirmək planları var. Bunu reallaşdırmaq üçün isə Minsk Qrupu çox vacibdir. Belə ki, Rusiya bu işlər bir yerdə deyil, Minsk Qrupu ilə birlikdə etmıkdə maraqlıdır”.

O vurğulayır ki, Türkiyə ilə əlaqələr normaldır. “Türkiyə ilə birlikdə yaradılan Monitorinq Qrupu olduqca vacibdir. İran və Fransa, habelə ABŞ-ın da prosesdə olması mühüm hesab edilir. İran və Türkiyə prosesdə kənar oyunçu kimi cəlb ediləcək və onlar Minsk Qrupunda təmsil olunmayacaqlar. ABŞ və Fransa isə həmin qrupun üzvləridir. Burada Rusiyanın üzərinə düşən missiya isə ondan ibarətdir ki, kənar oyunçularla qrup üzvləri arasında koordinasiyanı təmin etməlidir”.

Markedonov onu da deyir ki, hazırda bəzi ölkələr Qarabağ münaqişənin həllində maraqlı olsa da, bəziləri də problemin uzun müddət qalmasında maraqlıdırlar. Onun sözlərinə görə, hazırda əsas problem, maralı olan tərəflərlə maraqlı olmayan, yəni “Qarabağ münaqişəsinin həllini mümkün saymayanlar” arasında əlaqələrin bərpa edilməsidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button