ManşetÖlkə içi

Rusiyadan Şuşa-Xankəndi yolu ilə bağlı açıqlama: “Narahatıq”

“Biz Laçın dəhlizinin bağlanmasından narahatıq. Bu, tərəflər arasında filiz yataqlarının işlənməsinə dair fikir ayrılıqlarından qaynaqlanır”. JAMAZ.İNFO xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi və Rusiya sülhməramlı kontingenti bütün bu günlərdə vəziyyətin gərginliyini azaltmaq üçün fəal işləyir. “Biz yaxın gələcəkdə tam hüquqlu nəqliyyat əlaqələrini bərpa etməyi səbirsizliklə gözləyirik. Onu da vurğulamaq istərdim ki, Laçın dəhlizi Qarabağla Ermənistan arasında əlaqəni təmin edir və Rusiya sülhməramlı kontingentinin nəzarəti altındadır. Və Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatını imzalayarkən tərəflər üzərinə ciddi əməl edilməli olan müvafiq öhdəliklər götürüblər. Mülki əhalinin həyatına problemlər yaratmaq yolverilməzdir”.

Rusiya sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyətini şərh edən Zaxarova qeyd edib: “Biz Rusiya sülhməramlılarına qarşı əsassız ittihamlara və təxribat xarakterli hərəkətlərə münasibət bildirməyə məcburuq. Onlar haradan gəlirsə gəlsinlər, biz onları uyğunsuz hesab edirik. Rusiya sülhməramlı kontingenti regionda sabitliyin təminatçısı kimi çıxış edərək, üzərinə düşən vəzifələri səmərəli şəkildə yerinə yetirir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button