GündəmManşet

Rusiyadan absurd addım: Qarabağdan sülhməramlıları çıxarmaq üçün Ermənistanla danışıqlara hazırlaşır

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının vaxtını müzakirə etmək üçün bu gün İrəvana səfər edəcək. JAMAZ.İNFO xəbər verir ki, bu barədə TASS agentliyinə diplomatik mənbə bildirib.

Həmin məlumatda deyilir ki, Rusiya bununla bağlı Ermənistanla tarixi müzakirə edəcək. “Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək. Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının konkret tarixləri müzakirə olunacaq”.

Qeyd edək ki, məsələ ilə bağlı hər hansı detal açıqlanmayıb.

P.S. Rusiyanın sülhməramlı qoşunları Qarabağdadır. Qarabağ isə Azərbaycan ərazisidir. Yəni, Rusiya qoşunları Azərbaycan ərazisində yerləşib. Həmin qoşunu Azərbaycan ərazisindən çıxarmaq üçün Rusiya Ermənistanla deyil, məhz Bakı ilə danışıq aparmalıdır. Moskvanın bu yanaşması absurddur və heç bir məntiqə sığımır. Çünki onların yanaşmasından belə anlaşılır ki, Qarabağ Azərbaycanın deyil, Ermənistanın ərazisidir.

Rusiya öz qoşunlarını Qarabağdan çıxarmaq üçün məhz Bak ilə danışıq aparmalıdır. Daha doğrusu, rəsmi Bakı Rusiyaya açıq şəkildə bildirməlidir ki, Qarabağ münaqişəsi bitib və onların yardımına da ehtiyac qalmayıb. Ona görə də, ərazimizi tərk eləsinlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button