ManşetSiyasət

Rusiya XİN: “Bakı ilə İrəvan arasında imzalanacaq sənəd hazırdır”

“Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasisya əlaqələrini açılmasına dair sənəd demək olar ki, hazırdır”. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Sergey Paltov bildirib.

O qeyd edib ki, sənədin tam mətni ilə tanışdır. “Sənəd doğrudan da artıq hazırdır. Orada kiçik dəyişikliklər ediləcək. Amma yenə də tərəflər son addımı ata bilmir. Ümid edirəm ki, bir həftə ərzində bütün bunlar bir növ praktik ölçüyə çevriləcək və bəlkə də liderlərimiz yenidən görüşəcəklər”.

Bu əsnada məlum olub ki, Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 7-9-da Moskvaya səfər edəcək. Erməni hökumət başçısı orada Rusiyanın baş naziri Mixail Mişustinlə görüşəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button