GündəmManşet

Rusiya Qarabağın satusu ilə bağlı əlavə danışıqlara ehtiyac görür

“Rusiya Dağlıq Qarabağın statusunu müəyyən etmək üçün beynəlxalq səylərini artırmağa çalışır”. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamanı yerli jurnalistlərə Federasiya Şurasının rəhbəri Valentina  Matvienko verib.

O deyib ki, Ddağlıq Qarabağın statusunu müəyyən etmək üçün əlavə danışıqlar tələb olunur. “Biz Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrlə, Fransa və ABŞ-la bu istiqamətdə beynəlxalq səviyyədə danışıqlarımızı intensivləşdiririk. Qarşıda daha mürəkkəb işlər dayanır. Lakin əsas odur ki, nəticə əldə edilib. Nəticə odur ki, beynəlxalq sənədlərdə qeyd olunduğu kimi, Azərbaycanın əraziləri hesab olunan rayonlar Azərbaycana qaytarılıb. Bu isə onu deməyə əsas verir ki, Rusiya prosesdə həlledici rol oynayıb”.

Onun sözlərinə görə, Rusiya tərəfi münaqişə nəticəsində yeni eskalasiyalara və çoxsaylı insan ölümlərinə imkan verməyib. “Bu asan başa gələr razılaşma olmadı. Bu nəticəni əldə etmək heç rahat olmadı. Bu gün Rusiya sülhməramlıları münaqişə zonasında razılaşmanın şərtlərini təmin edir. Sülhməramlılar həmin razılaşmanın şərtlərinin pozulmasına, silahlı toqquşmaların baş verməsinə imkan verməməklə yanaşı, normal yaşayışın təmini ilə məşğuldurlar”.

P.S. Qeyd edək ki, Rusiya Federasiya Şurasının sədrinin açıqlamasında ikibaşı sözlər diqqəti çəkir. Birinci məqam odur ki, Matviyenko Qarabağın statusundan danışır və bunun üçün əlavə danışıqlara ehtiyac olduğunu deyir. Əvvəla, belə bir statusu müəyyən etmək Rusiyanın vəzifəsi deyil və Azərbaycan tərəfi bununla bağlı kifayət qədər aydın və dəqiq planını açıqlayıb. Həmin plana əsasən Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar və onlar bütün imtiyazlardan istifadə edə bilərlər.

İkinci məqam isə odur ki, Matviyenko daha qəliz bir ifadə ilə “O torpaqlar ki, Azərbaycana məxsusdur, həmin torpaqlar da geri qaytarıldı” sözləridir. Söhbət burda hansı ərazilərdən getdiyi aydın deyil. Çünki Matviyenko Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi deyil, daha çox ayrı görür. O zaman anlaşılan odur ki, Rusiya bu gün Qarabağa soxulmaqla birbaşa ermənilərin xeyrinə gediş edib. Üstəlik, bütün imkanlarından istifadə edərək, Qqarabağı Azərbaycandan ayırmağa çalışır və onun üçün xüsusi status istəyir. Və bunu təmin etməyi də Azərbaycanla deyil, heç bir işə yaramayan ATƏT-in Minsk Qrupunun əliylə leqallaşdırmağa çalışır.  

Əslində, zaman içində aydın görünür ki, 44 gün davam edən müharibə təkcə, Ermənistanı deyil, həmçinin Rusiyanı da qorxuya salıb. Bu qorxuyadüşmənin səbəbləri çoxdur və onların ən başlıcası isə Qqafqazdakı mövcudluq məsələsidir. Abxaziya və Osetiyadan fərqli olaraq, Qarabağın ilhaq edilməsi və orada yaşayan ermənilərə rus pasportlarının verilməsi imkansızdır. Amma oradakı ermənilərdən maşa kimi istifadə edib, Azərbaycana qarşı istifadə etmək imkanları hər zaman var. Elə Matviyenkonun açıqlaması da Kremlin mövqeyidir və planların hansı səviyyədə hazırlanmasından xəbər verir.

Bu fonda Azərbaycan tərəfinin daha səbirli və susqun davranması isə qəribə görünür. Məsələn, Xankəndinin hansı statusda olduğu, digər rayonların aqibətlərinin necə olacağı sual olaraq qalır. Hər halda rəsmi Bakının bunlarla bağlı məntiqli açıqlaması olacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button