GündəmManşet

Rusiya Müdafiə Nazirliyi Bakı və İrəvana təklif göndərib: Laçın yolu ilə bağlı

Məlum olduğu kimi, artıq 8 gündür Azərbaycanın bir qrup media və QHT nümayəndəsi Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirir. JAMAZ.İNFO xəbər verir ki, dekbarın 12-dən başlayan proses davam edir və aksiyaçıların tələbləri ötən günlərdə bir qədər də çoxalıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi dünən məlumat yayaraq, Qarabağda vəziyyətin normal olduğunu, Azərbaycan və Ermənistanla Laçın dəhlizinin açılması istiqamətində danışıqlar apardıqlarını bildirib. Nazirlik rəsmi səhifəsində bəyan edib ki, yolun açılması ilə əlaqədar Bakı və İrəvana təkliflərini göndərib. Lakin bu təkliflərin konkret olaraq nədən ibarət olması barədə heç bir məlumat verilmir.

Maraqlıdır ki, nə Azərbaycan, nə də Ermənistan tərəfi təkliflər barədə heç bir rəsmi açıqlama verməyiblər. Rusların təklifinin nədən ibarət olduğu, nələri əhatə etdiyi də bu səbəbdən məlum deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button