GündəmManşet

Rus şərqşünas: “Zəngəzur Dəhlizi məsələsinin arxasında ABŞ dayanır”

“Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə quru əlaqəsinin yaradılması İran üçün yeni təhlükələr deməkdir. Çünki Ankara və Bakının bu planı həyata keçirməsi, ikitərəfli əlaqələrin formalaşmasına gətirib çıxaracaq”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri rus şərqşünas Viktor Nadein-Rayevski deyib.

Onun sözlərinə görə, Tehran yeni yaranacaq təhlükəsizlik mühitinin fərqindədir. “Tehran yaxşı bilir ki, dəhliz əslində, Türkiyə üçün Böyük Turanının ən mühüm tərkib hissəsidir. Bu proqram sadəcə, İranda deyil, Türkiyənin bütün digər qonşu ölkələrində də narahatlıq doğurmaya bilməz. Bu baxımdan, İran və Azərbaycan arasında mövcud gərginliyin arxasında Bakıdan daha güclü oyunçuların dayanmasına şübhənin olmamasıdır”.

Nadein-Rayevski “güclü oyunçular”dedikdə Türkiyə və ABŞ-ı nəzərdə tutur. Onun sözlərinə görə, Qarabağ münaqişəsi ətrafında əvvəlki status-kvonun pozulması Türkiyənin regionda təsirini, Azərbaycanın İsraillə əməkdaşlığının dərəcəsini, Bakının mövqelərinin sərtliyini və müvafiq olaraq İranın milli təhlükəsizliyinə riskləri əhəmiyyətli dərəcədə artırıb. “Türkiyə və İsrail hərbçilərinin İranın bilavasitə yaxınlığında cəmləşməsi fonunda, Tehranın öz ordusunu gücləndirməkdən və Azərbaycanla sərhədlərə yaxın hərbi varlığını qurmaqdan başqa çarəsi yoxdur”.

Rus şərqşünas hesab edir ki, regional vəziyyətin inkişaf perspektivində çox şey kiçik ölkələrin, xüsusən də fəal müzakirə olunan 3+3 formatında iştirak edən ölkələrin yanaşmalarından və qərarlarından asılıdır. “Eləcə də ABŞ-ın bununla bağlı mövqeyi Türkiyənin təklif etdiyi regional formatdır. Hər halda regionda vəziyyətin konkret olaraq kəskinləşməsini proqnozlaşdırmaq üçün əsas yoxdur. Lakin buna baxmayaraq, regionda təsir zonalarının yenidən bölüşdürülməsi üçün ən mürəkkəb transformasiyalar, xaotik qarşıdurma davam edəcək”.

Nadein-Rayevskinin fikrincə, İranla sərhəddə gərginlik daha da artacaq. “Cənubi Qafqazda 44 günlük müharibənin nəticələrindən sonrakı status-kvo ilə İranın maraqları arasındakı ziddiyyəti nəzərə alsaq, onun sərhədlərində yüksək ehtimalla gərginlik davam edəcək. Şübhəsiz ki, regionda mövcud geosiyasi uyğunlaşma Tehran üçün son dərəcə problemlidir. Buna uyğun olaraq, İran diplomatiyası nüvə sazişi, Rusiya Federasiyası ilə xüsusi münasibətlər və yeni Asiya ölkələrini regiona dəvət çərçivəsində siyasətlə bunun öhdəsindən gəlməyə çalışacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button