ManşetSiyasət

Rus politoloqdan Qafqazla bağlı bədbin proqnoz: “Qarşıdurma gözlənilir”

 “Yaxın gələcəkdə Cənubi Qafqazda vəziyyət Amerika-Çin qarşıdurması səviyyəsinə keçəcək”. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə rus politoloq Andrey Arşeev çıxış edib.

O bildirib ki, Çin son vaxtlar Cənubi Qafqazda, xüsusən də Gürcüstan və Azərbaycanda ciddi fəallaşıb.

Arşeev Bakı ilə İrəvan arasında sülh danışıqları barədə də danışıb. “Mənə elə gəlir ki, bu danışıqlar Ermənistan-Azərbaycan sülh müqaviləsinin və ya digər sazişin hazırlanması və hipotetik imzalanması prosesində Moskvanın vasitəçilik roluna əhəmiyyətli dərəcədə kölgə salır”.

Onun iddiasına görə, Bakı Ermənistana sistemli təzyiqlər edir. “Bakı şübhəsiz ki, erməni tərəfinə təzyiq edir və müxtəlif informasiya və psixoloji, bəzi yerlərdə hətta hərbi təzyiqlərə əl atır”.

Arşeev müharibə ehtimalına da toxunub. “O ki qaldı mümkün eskalasiyaya və belə desək, gərginliyin daha da artmasına, təbii ki, hər şey ola bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button