AraşdırmaManşet

Rus jurnalistdən gülməli iddia: “Çeçen yaraqlıları, Kəşmir qüvvələri və İŞİD-çilər Naxçıvanda yerləşdirilib”

Rusiyalı jurnalist və şərhçi Aleksey Kudenko “Sputnik İran” Xəbər Agentliyində yeni iddia ilə çıxış edib. JAMAZ.İNFO bildirir ki, Kudurenkonun yeni iddiası Azərbaycana guya, terrorçuların keçə bilməsi, Qarabağda hansı “terrorçu”ların döyüşdüyü ilə bağlıdır.

Rus jurnalist yazır ki, Azərbaycan ərazisində beynəlxalq ictimaiyyətin terrorçu hesab etdiyi qruplara bağlı döyüşçülərin olması məsələsi gündəmdədir. “Azərbaycanın bu ölkədə Əl-Qaidə və ya İŞİD kimi qruplarla əlaqəli hər hansı bir döyüşçünün olmasını dəfələrlə inkar etməsinə baxmayaraq, bir çox xəbərlərdə Cəbhət ən-Nusra kimi qruplarla əlaqəli bir çox döyüşçünün, habelə Suriya Əl-Qaidə qolu və İŞİD-in bir il əvvəl Ermənistana qarşı müharibədə iştirak etdiyi qeyd olunurdu. Hətta bəziləri hesab edirdi ki, Dağlıq Qarabağ bölgəsini “işğal” edən əsas döyüşçülər Azərbaycan ordusu deyil, həmin döyüşçülər olub. Hətta onlar Qarabağda xatirə şəkilləri də çəkdiriblər”.

Kudurenko bununla kifayətlənməyib, daha bir iddia da irəli sürüb. O iddia edib ki, bəzi media orqanlarında nəinki bu döyüşçülərin hələ də Azərbaycanda olduğu, hətta sayının artdığı barədə çoxsaylı məlumatlar var. “Bu gün Suriya, İraq, Liviya və sair ölkələrdən gəlmiş həmin döyüşçülərin böyük bir qismi Türkiyə üzərindən Naxçıvana gətirlib. Onların Orta Asiya, Qafqaz və Əfqanıstana daşınması üçün dəhlizə ehtiyacları var”.

HAŞİYƏ: Böyük ehtimalla müəllif burada “Zəngəzur dəhlizi”ndən bəhs edir. Və düşünür ki, sözügedən dəhlizin guya, Naxçıvana yığılmış həmin qrupları Orta Asiyaya daşımaq üçün açılmasına cəhd edilir. Belə bir yanaşma sözün həqiqi mənasında savadsızlığın əlamətidir. Çünki əgər belə qruplar varsa (ki, yoxdur), onları daşımaq üçün Zəngəzur Dəhlizinə gərək yoxdur. Onları müxtəlif yollarla, o cümlədən hava yolu ilə Azərbaycana və ya istənilən ölkəyə daşımaq mümkündür.

Qayıdaq məqaləyə. Rus jurnalist və şərhçi davam edərək, burada son “nöqtəni”, yazısındakı məqsədini “ortaya qoyur”: “Bu qrupları dəstəkləyənlərin son məqsədi bəlli olmasa da, hər kəs bilir ki, bu döyüşçülərin çoxu çeçen yaraqlıları və ya İŞİD və ya Kəşmir yaraqlıları kimi qruplardır”.

Müəllif hesab edir ki, əgər həmin dəhliz açılarsa, onun xəyal etdiyi qüvvələr Orta və Şərqi Asiyaya, hətta Rusiyaya yayılacaqlar. “Görünür, amerikalılar Əfqanıstanı plansız tərk etməyiblər və bütün diqqəti Əfqanıstandan necə çıxdıqlarına yönəltmək üçün qarışıq bir görüntü yaratmaq istəyiblər. Amerikalılar Əfqanıstanı tərk etsəydilər, əlbəttə ki, bu cür diqqətçəkici qüvvələri cəlb etməzdilər”.

Kudurov bundan sonra isə daha “uzaq məqsədlər” barədə mülahizə yürüdür. O deyir ki, ABŞ bölgədən çəkildikdən sonra, muzdlu terror qrupları Çin, Rusiya, İran və Hindistan sərhədlərinə transfer edəcək. Onun sözlərinə görə, əgər onlar Azərbaycanda varsa, həmin qüvvələrin Bakı hökumətini devirəcək qədər uzağa gedəcəkləri ehtimalı azdır. “Eyni vəziyyət Tacikistan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan kimi ölkələrdə də baş verə bilər. Və bu terror qruplarının mövcudluğu fəaliyyətlərini gücləndirə və sabitliyi poza bilərlər”.

Rus jurnalist yekunda qeyd edir ki, ABŞ-ın burada əsas planı odur ki, özü görünməsə də, dəstəklədiyi qüvvələr bu işləri həyata keçirsinlər. “ABŞ Əfqanıstanda və bölgədə qalsaydılar, bu planı həyata keçirə bilməyəcəkdilər. Çünki özləri təhlükə altında qalardılar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button