CəmiyyətManşet

Rus hərbi ekspert: “Erməni generallar rus hərbçiləri ələ salır”  

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya istehsalı olan “İsgəndər” raketləri ilə bağlı verdiyi açıqlaması şimal qonşumuzda şok effekti yaradıb. Artıq bir neçə gündür Rusiya Müdafiə Nazirliyi, habelə yerli ekspertlər hər vəchlə “İsgəndər” raketlərinin “keyfiyyəti”, “dəqiqiliyi” və “etibarlılığını” sübut etməyə çalışırlar. Lakin əllərində hər hansı bir ciddi faktın olmaması onları daha da çətinə salır.

JAMAZ.İNFO xəbər verir ki, rus hərbi ekspert Oleq Lukyanov da belə çətinə düşənlərdəndir. Belə ki, o da digər həmkarları kimi “İisgəndər” raketlərini tərifləməyə çalışsa da, əllərində ciddi faktın olmadığını etiraf edib. Üstəlik, Rusiya hərbi kəşfiyyatını səriştəsizlikdə qınayıb.

Lukyanov deyir ki, hazırda əllərində Qarabağ müharibəsindən çəkilmiş bir neçə videokadr var. Həmin kadrlarda isə “İsgəndər” raketlərindən istifadə edildiyi əks olunub. “Görüntülərdə iki raketin birdən atəşləndiyi və uçduğu müşahidə olunur. Əvvəlcə biri qalxır, daha sonra ikincisi. Həmin raketlərdən biri “İsgəndərdir”, digəri isə “Toçka U” raketidir. Çünki eyni anda iki “İsgəndər” raketinin bir maşından atılması texniki cəhətdən mümkün deyil”.

Lakin rus ekspert özü də etiraf edir ki, həmin raketin konkret olaraq “İsgəndər” olmasını sübut etmək cətindir. Çünki görüntülər zəifdir. Xüsusən də, oradakı danışıqlar başadüşüləcək səviyyədə deyil. “Videogörüntünün keyfiyyəti çox aşağıdır. Buna görə də, “İsgəndər” raketindən Qarabağ savaşında istifadə edildiyini isbat etmək mümkün deyil. Eyni zamanda, görüntülərə inansaq, Rusiya Müdafiə Nazirliyinin yalan danışdığını düşünmək olar. Hətta bu faktın özü belə erməni generalların rus hərbçiləri ələ saldığını göstərir. Bizim hərbi kəşfiyyat bu qədər bərbad işləyir?”

Bizim qeyd: Rusiyanın belə təlaşa düşməsi, hər vəchlə öz silahlarını mataha mindirmək cəhdləri əsassız deyil. Çünki Kreml hər il silah satışından milyardlarla dollar qazanc əldə edir ki, Paşinyanın açıqlaması da bu bazara ciddi zərər vurur. Elə bu səbəbdəndir ki, Dubayda keçirilən silah sərgisində Rusiya adicə “Kalaşnikov” avtomatlarını belə sata bilmədi. Vəziyyətin belə bir şəkil alması, təbii ki, Rusiyanın ürəyincə deyil. Ona görə də, bütün resurslarını silahlarının təriflənməsi prosesinə cəlb edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button