ManşetSiyasət

Rus hərbçiləri jurnalistə qarşı zorakılıq edib: Hərbçimiz “sülhməramlılara” xəbərdarlıq etdi-FOTO

Xəbər verdiyimiz kimi, bu gün bir qrup QHT təmsilçisi, jurnalist və ekoaktiovistlər Laçın dəhlizini bağlayaraq, etiraz aksiyası keçirirlər. JAMAZ.İNFO xəbər verir ki, onların tələbi Ağdərədə qızıl və mis mədənlərinin qanunsuz şəkildə talan edilməsinin durdurulması, Azərbaycan ekoloqlarının həmin ərazidə araşdırma aparmalarına şəraitin yaradılmasıdır.

Qeyd edək ki, etirazçılar yolun üzərində çadır quraraq, rus sülhməramlılarının onlarla görüşə gəlməsini tələb edirlər.

JAMAZ.İNFO xəbər verir ki, yola hərbi texnika çıxaran ruslar etirazçılara qarşı kobud davranmaqla yanaşı, jurnalistlərə də təzyiq göstərərək, zorakılıq ediblər. Belə ki, rus hərbçilərindən biri “Report” agentliyinin avtomobilinə avtomat silahın qundağı ilə zərbə endirib. Bundan başqa, rus hərbçilər ərazidə çəkiliş aparan jurnalistlərə qarşı da zorakılıq edib.

Gələn xəbərlərə görə, ərazidə olan Azərbaycan Ordusunun hərbçiləri bir qədər əvvəl rusların hərəkətlərinə qarşılıq olaraq, prosesə müdaxilə ediblər. Hərbçimiz ruslardan tələb edib ki, onlar geri çəkilməli və Azərbaycan vətəndaşlarına yaxınlaşmamalıdır. Bununla bağlı videogörüntü də yayılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button