GündəmManşet

Rus hərbçilər Ağdam-Əsgəran yolunu bağlayan erməniləri ərazidən qovublar: “Bizi zorla oradan çıxardılar”

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Ağdam-Xankəndi yolu açılıb. JAMAZ.İNFO xəbər verir ki, bununla da uzun zamandı separatçı ermənilərin yolu bağlamasına, yüklərin Qarabağa buraxmalarına mane olmalarına son qoyulub.

Qeyd edək ki, Xankəndinə göndərilən yük artıq şəhərdədir. Məlumatı separatçıların nümayəndələri də təsdiqləyib.

Bildirək ki, Ağdam-Əsgəran yolunu bağlayan bir qrup erməni bu səhər də yüklərin Xankəndinə çatdırılmasına mane olmağa çalışıb. Belə ki, onlar “Tank” abidəsi deyilən ərazidə dayanaraq, Rusiya Qırmızı Xaç Cəmiyyətinə məxsus maşınların önünü kəsiblər. Lakin əraziyə cəlb olunan rus hərbçiləri və separatçıların “polis”ləri toplaşan adamlara zor tətbiq etmək məcburiyyətində qalıb. Qarabağdakı fəal separatçılardan olan David Yeqiazaryan adlı şəxs öz Facebook səhifəsində yazıb ki, Rusiya Qırmızı Xaç Təşkilatına məxsus yük maşınının yolunun açılması zamanı onlara güc tətbiq edilib. “Qarabağın komprador “hakimiyyəti” növbət tutan adamlara qarşı güc tətbiq edərək, Ağdamdan gələn yük maşınının yolunu açıb”.

JAMAZ.İNFO xəbər verir ki, həmin məlumatı Əsgəran şəhərinin qondarma “meri” Hayk Şamiryan da təsdiqləyib. “Biz “Tank” abidəsi yaxınlığında dayanmışdıq. Maşın görünən kimi, hamı onun üzərinə yürüdü. Onları Qarabağa buraxmayacaqlarını dedilər. Sonra isə əraziyə “polis” və rus hərbçiləri gəldi. Etraz edənlərin bəzilərinə zor tətbiq edildikdən sonra hamı dağılışdı”.

P.S. Hələ başınıza çox qapazlar dəyəcək. Nə qədər ki, adam olmamısız, özünüzə gəlməmisiz, qapaz başınızdan əskik olmayacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button