GündəmManşet

Rus ekspertdən iddia: “Ermənistan məğlub olmayıb, Qarabağ müharibəsi hərbi bərabərliklə bitib”

44 günlük Qarabağ müharibəsindən 8 aya yaxın vaxt keçməsinə baxmayaraq, istər Qərbdə, istər Şərqdə, istərsə də Şimalda hələ də müzakirə olunur. Hər tərəfin özünün spesifik baxışı olsa da, qərəzlə yanaşanlar da, tərif edənlər də var. Lakin rus politoloqların israrla erməniləri müdafiə etməsi, onların məğlub olmadıqlar fikrini aşılaması daha çox diqqəti çəkir.

JAMAZ.İNFO xəbər verir ki, Rusiya Raket və Artilleriya Elmələri Akademiyası prezidentinin müavini Konstantin Sivkov belə bir iddia ilə çıxış edir və fikirlərini də müxtəlif şəkildə “əsaslandırmağa” çalışır. Lakin əsl reallığı görməzdən gəlməklə özünün gülməli vəziyyətə də salır.

Sivkov iddia edir ki, 44 günlük Qarabağ müharibəsində Azərbaycan qalib gəlməyib, Ermənistan isə məğlub olmayıb. Və o bunu belə izah edir ki, hazırkı nəticə ən pis halla bərabərlikdir. “44 günlük müharibə hərbi bərbərliklə bitib. Bunun üçün kifayət qədər əsaslar var”.

Onun sözlərinə görə, müharibə bütün parametrlərinə görə, Azərbaycan Ordusunun üstünlüyü ilə keçib. “Azərbaycan Ordusu həm texnika, həm əsgər sayı, həm də silah-sursata görə, çox üstün idi. Lakin bütün bunlardan əlavə, Azərbaycan Ordusunun əsas üstünlükü operativ-strateji kəşfiyyatının dəqiq və sürətli şəkildə işləməsi idi. Amma Azərbaycan tərəfinin zəif yerləri də vardı. Məsələn, komandir heyətinin operativ-taktiki hazırlığının zəif olması kimi. Həmşinin şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti də elə güclü olmayıb”.

Rus ekspert Ermənistanın üstün məziyyətlərindən danışaraq, bildirib ki, bu sıraya Havadan Müdafiə Sistemlərini birinci sıraya qoymaq lazımdır. “Ermənistanın HMS-ləri çox güclü idi. Elə bu səbəbdən idi ki, müharibə dövründə Azərbaycan aviasiyası heç bir hərəkət edə bilmirdi. Əgər diqqət etsəniz, Azərbaycan Ordusu sutka ərzində cəmi 1 km irəliləməyi bacarıb”.

Sivkov hesab edir ki, Azərbaycan Ordusu dağlıq ərazilərdə elə də güclü deyillər. “Dağlıq ərazilərdə Azərbaycan Ordusu sutkada 1 km-dən artıq irəliləyə bilməyib. Onu da qeyd edək ki, Cənubi-Şərqdən və Şimali-Cənub cəbhələrindən endirilən ilk zərbələr ermənilərin əsas qüvvələrinin dağılmasına səbəb olmadı. Ona görə də, Azərbaycan qalib gəldi, Ermənistan uduzdu demək doğru deyil. Müharibənin nəticələri onu göstərdi ki, tərəflərin heç biri qalib gəlməyib. Əksinə, bunu hərbi bərabərlik kimi qiymətləndirmək daha doğru olardı”.

Rus ekspert onu da deyib ki, bu “hərbi bərabərliyin” bir göstəricisi də dağlıq ərazilərin ermənilərin əlində qalmasıdır. “Azərbaycan döyüşlə 5 rayonu, döyüşsüz isə 2 rayonu geri aldı. Halbuki onları danışıq yolu ilə də almaq mümkün idi və proses ona gedirdi. Dağlıq Qarabağ isə “müdafiə ordusu”nun nəzarətində qaldı”.

Qeyd edək ki, Konstantin Sivkovun dediklərində heç bir həqiqət payı yoxdur. Əvvəla, onun iddia etdiyi kimi, 7 rayonun danışıqlar yolu ilə geri qaytarılacağı yalandan başqa bir şey deyil. Çünki 30 ildir Azərbaycan bu tələbini ortaya qoysa da, ermənilər həmin rayonlarımızı ger verməkdən imtina edirdilər.

Sivkovun ikinci “arqumenti” odur ki, müharibədə “hərbi bərabərlik” əldə olunub. Bu da ağ yalandır və ermənilərə ürək-driək verməkdən başqa bir şey deyil. Real mənzərə ortadadır. Ermənistan 44 gün ərazində hərbi texnikasının 80 faizə qədərini itirib. Canlı qüvvə itkisi Qarabağdakı terrorçularla birlikdə 10 minə yaxındır. 20 mindən çox yaralısı var. Ərazilərin hamısı bizim nəzarətimizdədir. Sivkovun dediyi Dağlıq ərazilər də elə bizimdir və zaman içində oralar da Azərbaycanın qanunları ilə yaşamalı olacaq.

Rus ekspertin Ermənistanın güclü Havadan Müdafiə Ssistemlərinə malik olmasını deməsi isə daha gülməlidir. Həmin HMS-lər Azərbaycan Ordusu tərəfindən cəmi 7 gün ərazində sıradan çıxarıldı. Qaldı, Azərbaycan aviasiyasına, ondan istifadə etməyə gərək qalmadı. Çünki 44 gün ərazində dronlarımız, PUA-larımız qarşısında aciz duruma düşmüş düşmənə, əlavə xərcə düşüb aviasiya qaldırmağa gərək qalmamışdı.

Və bütün bunların yekunu odur ki, ruslar heç bir şəkildə erməniləri kimsənin ayağına vermək istəmirlər. Həmişə bütün çirkin işlərdə istifadə olunan erməniləri öz tərəflərində saxlamaq, onlara ürək-dirək verərək, başlarını qatmağa çalışırlar. Necə ki, hazırda bunu Sovolyov və Sivkov kimilərin əli ilə edirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button