ManşetSiyasət

Rudenko: “Əliyev-Putin-Paşinyan görüşündə sənəd imzalanacaq”

“Rusiya Federasiyası Azərbaycan Respublikasının ərazi bütövlüyünə həmişə hörmətlə yanaşıb və hörmət etməkdə davam edir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Azərbaycanın səfiri Polad Bülbüloğlu ilə görüşündə deyib. 

Söhbət zamanı Cənubi Qafqazdakı vəziyyət, eləcə də Bakı ilə İrəvan arasında barışıq prosesi müzakirə olunub.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin iyulun 15-də Bakının narazılığına səbəb olan bəyanatına toxunan Rudenko vurğulayıb ki, Moskva Azərbaycanın ərazi bütövlüyünə həmişə hörmətlə yanaşır və ona hörmət edir. “Biz müttəfiqlik əməkdaşlığına dair ikitərəfli bəyannaməyə tam sadiqik. Bu, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesinin hərtərəfli təşviqinə, gündəmdəki bütün məsələlərin həllinə, o cümlədən Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsinə zidd deyil”.

Rusiya tərəfi sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsi yollarını, o cümlədən sülh müqaviləsi üzrə razılaşma məsələsini müzakirə etmək üçün yaxın vaxtlarda Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazır olduğunu təsdiqləyib. “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitində isə Bakı və İrəvan arasında sənəd imzalanacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button