AraşdırmaManşet

Rubenlə Arayik anlaşdı: Vardanyan qalacaq, Qarabağda “seçki” olmayacaq

Bir neçə gün idi Qarabağda davam edən gərginlik nisbətən sakitləşib. Həmin gərginliyə səbəb isə separatçıların rəhbəri Arayik Harutyunyanla “dövlət naziri” Ruben Vardanyan arasında fikir ayrılığının yaranması olub. Hətta dünən Arayikin Rubeni işdən çıxarmaq üçün hazırlıq gördüyü bildirilirdi. Lakin bu gün Vardanyanla Harutyunyan bir araya gələrək, aralarındakı ixtilafı müvəqqəti olaraq “dondurduqlarını” bəyan ediblər.

JAMAZ.İNFO xəbər verir ki, bu gün Xankəndidə bir araya gələn Artayik Harutyunyanla Ruben Vardanyan razılaşma əldə ediblər. “Hraparak” qəzetinin yaydığı xəbərə görə, Vardanyan yeni təyinat almış qondarma “təhlükəsizlik şurasının rəhbəri” Ararat Melkumyanı qurban verməklə, postunu qoruyub saxlayıb. Belə ki, Melkumyan bu gün “vəzifə”sindən azad edilib və onun yerinə Samvel Şahmaryan gətirilib.

Qəzet bildirir ki, Qarabağda dəyişiklik bununla da yekunlaşacaq. Çünki Vardanyanla Harutyunyan indiki vəziyyətdə “dövlət naziri”nin istefa verməsinin Qarabağda qalmaqala və ermənilər arasında hay-küyə səbəb olacaq. Bundan başqa, separatçılar indiki məqamda “parlament seçkiləri”nin keçirilməsini də münasib bilməyiblər. Bunun mümkün olmadığını, Azərbaycanın daha sərt addım ata biləcəyini nəzərə alaraq, bu addımdan çəkiniblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button