ManşetSosial

Rövnəq Abdullayev müavininin oğlunun toyuna 200 min avro nəmər salıb

Azərbaycan toylarında xüsusi adətlərdən biri də qız və ya oğlan evinin dəvəti ilə qonaq çağırılmış şəxsin nəmər salmasıdır. Qədim zamanlardan qalan, lakin təhrif olunmuş formada günümüzün reallığına çevrilmiş nəmər salma adəti, kasıblar üçün bir başqadır, varlılar üçün tam ayrı. Hətta məmurluq yolu ilə pul yığımış şəxslər üçün isə bu adət tamamilə ifrat həddədir.

Qeyd edək ki, hələ qədim zamanlarda qız köçürən valideynlər yeni ailənin ilkin ehtiyaclarını qarşılamaq üçün ona qab-qacaq, yatacaq və bu qəbildən olan xırda əşyaları cehiz olaraq verərdilər. Buraya hətta yeni cütlüyün bir müddət dolanışıqlarını təmin etmək üçün arpa və ya buğda da verilərdi. Lakin zaman keçdikcə məsələ başqa şəkil almağa başladı. Valideynlər övladlarına maşın, mənzil və digər bahalı cehizlər verməklə, öyünməyə başladılar. Hərçənd burada qəbahətli bir şey yoxdur. Hər bir valideyn öz övladının rahatlığı, komfortu üçün pul xərcləyə bilər və bu onun təbii haqqıdır.

Ancaq bu yazdıqlarımız varlı, daha dəqiq ifadə etsək, məmur övladlarının toylarında baş verirsə, bunu təbii qəbul etmək mümkünsüzə çevrilir. Çünki bir məmurun olduqca bahalı hədiyyə, mənzil əldə etməsi onun əmək haqqısı ilə tərs mütənasiblik təşkil edir. Eyni zamanda, bu zaman həmin məmurun doğru olmayan yollara baş vuraraq, sərvət topladığı təsəvvürü və əminliyi yaranır.

JAMAZ.İNFO xəbər verir ki, SOCAR prezidenti Rövnəq Abdullayev bir müddət əvvəl müavini olan Mikayıl İsmayılovun oğlunun toyuna böyük məbləğdə nəmər salıb. Belə ki, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Hüsnü Quliyevin qızını oğlu Orxan İsmayılzadəyə alan Mikayəl İsmayılzadə, təbii ki, övladının toyuna rəhbəri Rövnəq Abdullayevi də dəvət edib. Amma SOCAR prezidenti toya əliboş gəlməyib. O, bəyə öz adından içində 200 min avro pul olan bank kartı təqdim edib. Həmin kartdakı vəsaiti bəyoğlanın ailəsini götürərək, istədiyi yerdə “bal ayı” keçirə bilməsi üçün verdiyini deyib.

Qeyd edək ki, 200 min avro hazırkı məzənnə ilə 406 min manat təşkil edir. Rövnəq Abdullayevin aylıq maaşı isə ən yaxşı halda 5-6 min manatı keçməz. Belə olan təqdirdə, sual olunur: SOCAR prezidentinin toya nəmər salacaq qədər 200 min avro pulu hardandır?

Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button