ManşetSosial

Rostovun ən iri bazarı bağlandı: 10 minə yaxın azərbaycanlı çarəsiz qalıb

Rostov şəhərində yerləşən, bölgənin ən iri meyvə-tərəvəz bazarı olan “Aksay” dünəndən etibarən bağlanıb. JAMAZ.İNFO xəbər verir ki, orada çalışan 10 minə yaxın azərbaycanlı bazara buraxılmır.

Belə ki, Moskvadan gətirilən 500 nəfər OMON əməkdaşı və miqrasiya xidmətinin işçiləri bazara giriş-çıxışı tam bağlayıb. Müxtəlif ölkələrdən meyvə və tərəvəz alaraq, satan həmyerlilərimiz isə nəinki bazara girə bilirlər, hətta oradakı mallarını çıxarmağa belə icazə ala bilmirlər.

JAMAZ.İNFO xəbər verir ki, “Aksay” bazarı əslən azərbaycanlı olan, Gürcüstan vətəndaşı Kərim Babayevə məxsusdur. Bazarın bağlanması isə Rusiya FTX-nin keçirdiyi əməliyyatla bağlıdır. Belə ki, aprelin 12-də Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Rostov vilayətinin Aksay rayonunun başçısı, 27 ildir bu vəzifəni tutan Vitali Borzenkonu həbs edib.

Məlumatda deyilir ki, Borzenko dövlətə məxsus torpaq sahələrini dələduzluq yolu ilə satmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, korrupsiyada və digər əməllərdə ittiham olunur. Əməliyyat zamanı onunla birlikdə Rostov vilayətində çox zəngin iş adamı olan, “Aksay” bazarının sahibi Kərim Babayevin iki oğlu da saxlanılıb. Kərim Babayevin özü isə axtarılır. Bəzi məlumatlara görə, onun ya Türkiyəyə, ya Azərbaycana qaçdığı iddia olunur.

Qeyd edək ki, məsələ ilə bağlı Rostov şəhər Meriyasına və yerli diasporaya müraciət edən bazarda çalışan azərbaycanlılara heç bir cavab verilməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button