GündəmManşet

Robert Koçaryan: “Azərbaycan Paşinyana dəstək verir”

“Hal hazırda sərhədlərin delimitasiyası Qarabağla bağlı danışıqlar prosesinə problemlər yarada bilər”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin israrlı şəkildə bu məsələnin üzərinə getməsi qeyd etdiyi fikirlə bağlıdır. “Delimitasiya prosesi Qarabağ məsələsi ətrafında aparılan danışıqlara təsir edəcək. Ümumilikdə isə delimitasiya prosesindən qorxmaq lazım deyil. Sadəcə, indi bu problemli məsələdir”.

Koçaryan Azərbaycanın Ermənistana təsir etdiyini, atdığı addımların ölkənin içində gündəm yaratdığını və bunun yolverilməz olduğunu da deyib. “Azərbaycanda səslənən bütün bəyanatlar hamısı Ermənistanın daxili siyasətinə hesablanıb. Ona görə də, elə etməliyik ki, Ermənistanın daxili siyasəti Azərbaycan üçün rahat hərəkət edəcək qədər məhsuldar olmasın. Mən şübhə etmirəm ki, Azərbaycan Ermənistanda kimlərinsə seçilməsini, baş nazir olmasında maraqlıdırlar. Elə verdikləri bəyanatlar da ona hesablanıb ki, həmin qüvvələrin hakimiyyətə gəlməsinə, seçki prosesinə müdaxilə etməyə hesablanıb. Formul isə belə olmalıdır: Azərbaycan heç vaxt Ermənistandakı gündəmi diktə etməməlidir”.

Ermənistanın keçmiş prezidenti iddia edib ki, Azərbaycan Paşinyanın yenidən hakimiyyətə gəlməsində maraqlıdır. O, hətta iddia edib ki, guya, Bakı məsələ ilə bağlı Paşinyana dəstək də verir.

P.S. Ermənilərin hazırkı vəziyyətini anlayırıq. Xüsusən, Robert Koçaryan kimi Xocalı qatilinin durumu da anlaşılandır. Belə sayıqlamalar, çıxışlar, qorxular da başadüşüləndir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button