CəmiyyətManşet

“Relax”da müəmmalı ölüm

İyulun 9-da axşam saatlarında Lerikdə yerləşən “Relax” istirahət mərkəzində Anar Hüseyn oğlu Sücayevin meyiti tapılıb. 40 yaşlı Anar Sücayev həmin istirahət mərkəzində ofisiant işləyib. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, meyiti ərazidəki qonaqlar aşkarlayıb.

Onlar ofisiantın dağın 5 metr hündürlüyündə yerləşən stuldan yıxılıb öldüyünü deyiblər. Yaxınları isə hadisənin qəza olmadığı qənaətindədir: “Biz cəsədə baxdıq, qurumuşdu, uşaq da olsa bilər ki, həmin an ölməyib. Ehtimal edirik ki, başqa yerdə öldürülüb gətirilib”.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib.

Anar Sücayev Lənkəran rayonunun Yuxarı Təngivan kənd sakinidir. Qohumları onun meyidinin ekspertiza üçün Lənkərana aparıldığını deyirlər.

DİN-inmətbuat xidmətinin rəisi Ehsan Zahidov Meydan TV-yə deyib ki, Anar Sücayevin cəsədi çayın sahilindən tapılıb. Hazırda ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumatın veriləcəyi bildirilib.

“Relax” istirahət mərkəzinin deputat İqbal Məmmədova məxsus olduğu deyilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button