GündəmManşet

Rəsul Quliyev: “Korrupsioner məmurların pulu əlindən alınmalıdır”

“Torpaqlar işğaldan azad edilib, bu proses tək ordunun mətinliyi, xalqın hakimiyyətin ətrafında birləşməsi ilə uğur qazana bilməzdi, bu şanlı qələbənin qazanılması üçün ölkə həm də milyardlarla dollar pul xərcləyib”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirləri sabiq spiker Rəsul Quliyev özünün Facebook səhifəsində yazıb.

O deyib ki, azad olunmuş torpaqların, kənd və şəhərlərin bərpası üçün isə azı 10-15 milyard dollar pul tələb olunur. “Bu vəsaitin heç olmazsa 5 milyardı bu korrupsionerlərin əlindən alınıb büdcəyə qaytarılmalıdır. Sovet ittifaqının dağılmasının axırıncı ilində yəni 1987-1991-ci illərdə mən Azərbaycanda ən çox maaş alan şəxs idim. Orta əmək haqqı ölkədə 200, mən işlədiyim zavodda 600 rubl olanda mən təxmini 9 min rubla qədər maaş alırdım. Müxtəlif mükafatlar, çoxsaylı ixtiralara görə. Azərbaycan müstəqillik alandan sonra, yəni 1992-ci ildən bir gün də bizneslə məşğul olmamışam. Korrupsiya üçün imkan da yox idi. Azərbaycanın, sadəcə olaraq, pulu yox idi. Çıxardığı neft zorla özünə çatırdı”.

Quliyev deyir ki, bu tipli “bandit”lərə o vaxtlar nə rast gəlib, nə də mövcud ola biləcəklərinə inanırmış. “Cəmiyyəti bu insanlardan təmizləmək lazımdır. Oğurladıqlarını öz xoşları ilə xalqa qaytarsınlar, sonra gedib bacarırlarsa, yenidən qanun çərçivəsində bizneslə məşğul olsunlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button