ManşetSiyasət

Qurgen Nersisyan: “Yaxın günlərdə Ağdamdan Xankəndinə ərzaq gətiriləcək”

Qarabağdakı erməni separatçılarının nümayəndəsi, özünü “dövlət naziri” olaraq təqdim edən Gurgen Nersisyan özünün Facebook səhifəsində Ağdam yolu ilə ərzaq gətirəcəklərini açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, Nersisyan bildirib ki, bununla bağlı artıq razılıq əldə olunub. 

O deyib ki, Qarabağda yaşayan ermənilər arasında həssas və ehtiyaclıq ruplar var. Onların təlabatlarını qarşılamaq üçün Ağdam yolu ilə bəzi ərzaq məhsullarının daşınmasına razılıq verilib. “Həmin həssas qruplar çətin durumdadır. Bu səbəbdən də Ağdam yolu ilə bəzi ərzaq məhusullarının daşınması və alınması üçün artıq razılıq verilib. Yaxın günlərdə həmin məhsullar Xankəndidə olacaq”.

Qeyd edək ki, erməni separatçısı bu ərzağın Azərbaycan tərəfindən, yoxsa başqa ölkə tərəfindən göndəriləcəyi barədə fikir bildirməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button