GündəmManşet

Qubad İbadoğlu saxlanıldı

Dünən axşam saatlarında Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu saxlanılıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə onun qızı Jalə Bayramova məlumat verib.

Xanım Bayramova bildirib ki, atası Anar Əliyev adlı şəxsə saxta dollar satmaqda ittiham edilir və buna əsasən də cinayət işi açılıb. “Hələki “Bandotdel”dən gələn məlumat budu. Bundan əlavə hökümət mediaları onu FETÖ-çu kimi təqdim edirlər. Bu saxta xəbərdi və böhtandır”.

İbadoğlunun qızı daha sonra deyib ki, ofisdə aparılan axtarış zamanı oradan 40 min dollar pul çıxıb. “Onun saxta və ya gerçək olduğu bilinmir. Təbii ki, polislər pulu özləri yerləşdiriblər. Atam xəstədi, dərmanlarını soruşur və dərmanlarına ehtiyacı var. Saat 1-2dən bəri saxlanılıb, dərmanlarını ata bilməyib. Biz ondan çox narahatıq”.

DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov isə bildirib ki, ADRP sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirmişdir. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə vermişdir. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılmış, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılmışdır. Hazırda tədbirlər davam etdirilir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button