ManşetMedia

Qranada sənədinin müzakirəsi: Şarmazanov erməniləri balqabaq hesab edir

Xəbər vedildiyi kimi, dünən İspaniyanın Qranada şəhərində sənəd imzalanıb. JAMAZ.İNFO xəbər verir ki, həmin sənəddə Azərbaycan və Ermənistanın beynəlxlaq aləm tərəfindən sərhədləri və ərazi bütövlüyü tanınıb.

Belə ki, sənədə əsasən Azərbaycanın ərazisi 86.6 min kv. km, Ermənistanın ərazisi isə 29.8 min kv.km olaraq qeyd edilib.

Qeyd edək ki, Ermənistanda bununla bağlı fərqli fikirlər var. Hüquq elmləri doktoru Gevorq Danielyan öz Facebook səhifəsində yazır ki, 1991-ci ildə qəıbul edilmiş Alma-Ata Bəyannaməsi Azərbaycanın ərazi bütövlüyünü tanınmış hesab etmək üçün etibarlı sənəddir. “Lakin həmin sənəd Ermənistana münasibətdə etibarlı deyildi. Buna görə də Ermənistanın ərazi bütövlüyü və müstəqilliyi nəhayət Qranadada tanındı”.

Erməni politoloq Ara Poqosyan isə əksini düşünür. O iddia edir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağ və anklavları yazılı şəkildə tanımaqla birtərəfli öhdəlik götürüb. “Bu o deməkdir ki, Azərbaycanın heç bir öhdəliyi yoxdur və Qranadada müzakirə olunanlar, Azərbaycan özünü heç bir öhdəlik kimi hiss etmir. Lakin Ermənistanın nümayəndəsi yazılı şəkildə birtərəfli öhdəlik götürdüyünə görə, Əliyev bu halı daim müzakirəyə çıxaracaq. Nəticədə, yeni tələblər, yeni arqumentlər və s. gündəmə gətirəcək”.

Serj Sarkisyanın rəhbəri olduğu partiyanın funksioneri Eduard Şarmazanov isə başqa bir “arqument”lə çıxış edib. O həyasızcasına bildirib ki, Ermənistan Qranadada imzaladığı sənədlər 12 min kv.km ərazidən imtina edib. O, “12 min kv. km” dedikdə Qarabağı nəzərdə tutub. “Ay balqabaqlar, niyə anlamırsız ki, Paşinyan Qranadada imzaladığı sənədlə Ermənistan ərazilərini 12 min kv.km azaldıb. O, Qarabağı, yəni 12 min kv.km-i  Azərbaycana verməklə bu torpalardan imtina edib”.

P.S. Əslində, Şarmazanovun müraciətində “balqabaq” sözü ermənilərin mahiyyətini ehtiva etmir. O, yaxşı olardı ki, “ay eşşək qanqalı” ifadəsindən istifadə edərdi. Çünki eşşək qanqalı düşdüyü yerdə tez yayılır və başqa bitkilərin inkişafına imkan vermir. Ona görə də, zərərli bitkilər sinfinə daxildir. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button