ManşetÖlkə içi

Qazaxın 7 kəndi ilə bağlı xəbər var: Azərbaycan Bağanis Ayrımda hərbi hissə yaradacaq

Ermənistanın işğalçı siyasəti nəticəsində hazırda işğal altında olan Qazax rayonunun 7 kəndi ilə bağlı yeni xəbər yayılıb. JAMAZ.İNFO xəbər verir ki, erməni jurnalist Voskan Sarkisyan açıqlama yayıb ki, Ermənistanın Tavuş vilayətinin Noyanberyan rayonu ərazisində yaşayan əhali narahatdır.

Onun sözlərinə görə, erməni əhalisinin narahatlığı sovet dövründə olduğu kimi, Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi və demarkasiyası hazırda xarabalığa çevrilmiş Bağanis Ayrım və daha 6 kəndin Azərbaycana təhvil verilməsinə gətirib çıxaracaq. “Bildirilir ki, Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun Yuxarı Əskipara-Bağanis Ayrım hissəsində Azərbaycan hərbi hissələri yaradılacaq. Yerli sakinlər də Tavuşun regional mərkəzi olan İcevana onların yanından keçərək, getməli olacaqlar”.

Sarkisyan bildirib ki, 2006-2007-ci illərdə çəkilmiş Yuxarı Əskipara-Bağanis Ayrım yolu hazırda səmərəli işləmir. Buna səbəb isə yolda dolayların sayının çoxluğudur ki, iri qabaritli yük maşçınları oranı keçə bilmir. “Faktiki olaraq, Ermənistan tərəfi Yuxarı Əskipara-Bağanis Ayrımdan keçən yolun marşrutunu dəyişərək, yeni yolun çəkilişini həyata keçirməyə başlayıb. Bu ərazidə yaşayan ermənilər isə sevinirlər ki, yol çəkiləndə, onlar da gedib fəhlə işləyərək, dolanışıqlarını quracaqlar. Artıq heç kimi, kəndlərin Azərbaycana verilməsi maraqlandırmır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button