ManşetÖlkə içi

Qarik Keryan: “Xankəndidə keçirilən aksiyanın heç bir əhəmiyyəti yoxdur”

“Qarabağda, eləcə də Ermənistanda belə formatda xalq hərəkatları, hətta nümayişlər və kütləvi toplantılar, ümumiyyətlə, ciddi fayda verə bilməz. Yeganə müsbət cəhət odur ki, beynəlxalq qurumların diqqətini cəlb edə bilirlər”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri politoloq Qarik Keryan deyib.

Erməni siyasətşünas bildirib ki, müharibədə məğlub olan Ermənistan müstəqil amil və beynəlxalq məsələlərdə aktor kimi subyektivliyini itirib. “Qarabağın tanınmamış dövlət kimi beynəlxalq münasibətlərdə iştirak etmək imkanı yoxdur. Deməli, İrəvanla Xankəndinin münasibətləri də ciddi təsir göstərə bilmir. Fikir ayrılıqlarından isə Bakıda məharətlə istifadə olunur”.

Keryan qeyd edir ki, erməni diasporuna ümid bəsləmək məntiqsizdir. “Diaspor çox qatlıdır, nə əvvəl, nə də indi təşkilatlanmayıb və heç bir şəkildə siyasi proseslərin iştirakçısına çevrilə bilməz. Fikrimcə, indiki iqtidarla Daşnaksütyunun barışmaz siyasi mübarizəsi Ermənistan-diasporun özgəninkiləşdirilməsinə xidmət edir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button