GündəmManşet

Qarik Keryan: “Problemin tək həlli yolu budur: Bakı və İrəvan vasitəçisiz danışmalıdır”

“2020-ci ildə başlayan müharibədən sonrakı danışıqlar prosesi qalın bir məxfilik təbəqəsi ilə örtülüb. Tərəflərin elektron poçt vasitəsilə bir-birinə sənəd və cavablar və ya təkliflər göndərdiyi elektron diplomatiyanın məzmunu barədə hələ də ictimaiyyətə məlumat verilmir. Bu günə qədər biz bilmirik ki, hansı konkret məsələlərdən və hansı formatda olan fikir ayrılıqları var. Üstəlik, danışıqlar prosesində görüşlərdən başqa digər nəticələrin qeydə alınması da məlum deyil”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin müəllifi erməni politoloq Qaqik Keryana məxsusdur.

O bildirib ki, indiyədək gedən danışıqlar prosesi nəticəsində qeydə alınan nailiyyətlərin nə olması da bəlli deyil. “Hərçənd yeganə real nailiyyət Nikol Paşinyanın keçid yolları ilə bağlı bəyanatı olub. Hərçənd Azərbaycan onu təsdiq etməyi belə lazım bilməyib. Danışıqlar prosesinin ləngiməsinin bütün səbəblərini deyə bilmərik. Çünki onlar ictimaiyyətə açıqlanmır. Lakin səbəblər bəlkə də göz qabağındadır və onlardan ən mühümü danışıqlar platformaları arasında gərgin rəqabətdir”.

Erməni politoloq daha sonra vurğulayır ki, danışıqlar prosesinin aparılması üçün üç platforma mövcuddur: Rusiya, Brüssel və Vaşinqton. “Əlbəttə, bəziləri Brüssel və Vaşinqton platformalarının eyni olduğunu iddia edir. Lakin mənim fikrimcə, bu iki tərəfin yanaşmalarında ciddi fərqlər var. Ermənistan və Azərbaycan rəhbərlərini özlərinə dəvət edən o mərkəzlər münaqişənin tez və ədalətli həllinə nail olmaq deyil, danışıqlar prosesinin mötədilliyini öz əllərinə almaq və onların ölçülü maraqlarını rəhbər tutmaq məqsədi güdürlər. Bu proses zamanı bəzən bir platforma digərini devirməyi bacarır. Bütün bunların nəticəsində danışıqlar aparan ölkələr arasında faktiki danışıqlar prosesi gecikir və ya səmərəsiz olur”.

“Əslində 20 dəqiqə davam edən və heç bir rəsmi açıqlama olmadan başa çatan Moskvada son üçtərəfli danışıqları belə uğursuzluğun bariz nümunəsi hesab etmək olarmı” sualına Keryan cavab olaraq deyir ki, bu görüşə hələ də yekun qiymət vermək olmur. “Tərəflər sərt qərarları ilə gedib hər iki tərəfi qane edəcək kompromis variantı tapmaq üçün diplomatik ağlın heç bir şəkildə işləmədiyi masaya otururlar. Bütün bunlar çox şiddətli mübarizədən xəbər verir. Təsvir etmək istədiyim odur ki, diplomatik platformalardan biri qarşı tərəfi prosesdən kənarlaşdırmağa çalışır. Rusiya Qərbin imkanlarını puça çıxarmağa, Qərb isə Rusiyanın burada, Cənubi Qafqazda mövqelərini zəiflətməyə çalışır. Belə bir şəraitdə həm Azərbaycan, həm də bizim üçün sərfəli olacaq optimal variantı tapmaq çətin olduğunu düşünürəm”.

Qarik Keryan sülh sazişi ilə bağlı qeyd edir ki, Azərbaycan və Ermənistan arasında sülh olmalıdır. Amma o, yaxın gələcəkdə tərəflər arasında sülh sazişinin imzalanacağına inanmadığını vurğulayır. “Etiraf etmək lazımdır ki, nə Ermənistanın, nə də Azərbaycanın diplomatiyası Qərbin və Rusiyanın təsiri altına düşərək, vəziyyətdən sərfəli şəkildə çıxmağın yollarını tapa bilmir. Ona görə də soruşanda ki, indiki vəziyyətdə, yəni uzanan danışıqlar prosesinin açarı harada olacaq: Rusiyada, yoxsa Qərbdə, mən cavab verirəm ki, nə Qərbdə, nə də Rusiyadadır. Bu danışıqların, yəni Qarabağ münaqişəsinin həllinin açarı Ermənistan-Azərbaycan sərhədindədir. Xarici müdaxilələr və vasitəçilər olmadan, hər biri Sülh Müqaviləsini imzalamağa can atmayan, ancaq öz maraqlarını irəli sürən Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqların inkişafı üçün əlverişli şərait yaratmaq mümkün olduqda, məsələ istədiyi həllini tapacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button