ManşetÖlkə içi

“Qarabağın taleyi yaxın iki ayda məlum olacaq”

Politoloq Alen Qevondyan iddia edib ki, Qarabağ məsələsinin həllinə cəmi iki ay vaxt qalıb. O, özünün Facebook hesabında bununla bağlı yazıb ki, artıq geriyə yol yoxdur.

JAMAZ.İNFO xəbər verir ki, Qevondyan iddia edib ki, prosesin müharibəyə çevrilmə ehtimalı az deyil. “Yəqin ki, yaxın iki ay həm Qarabağın, həm də Ermənistanın gələcəyini həll edəcək. Əgər danışıqlar nəticə verməsə, müharibənin olması qaçılmaza çevriləcək. Bu zaman İrəvan belə Qarabağa kömək edə bilməyəcək”.

Erməni politoloq Ermənistanın baş naziri Nikol Paşinyana xitabət bildirib ki, onun imza atıb, atmaması özü üçün problemlər yaradacaq. “Paşinyan yaxşı bilir ki, sülh sazişinə imza atsa da, ölüdürləcək, atmasa da. O yaxşı bilir ki, İlham Əliyevi dayandıra biləcək gücü yoxdur. İndiyə qədər irəli sürülən təkliflər də gündəmdən düşüb. Artıq ortada yeni təkliflər var”.

Qevondiyan onu da iddia edib ki, Paşinyan Azərbaycanla bir çox məsələləri sənəd üzərində təsdiqləyib. “Aydın məsələdir ki, Paşinyan bir sıra sənədləri imzalayıb və ya razılaşıb. Bəlli olan üç sənəd var. Mümkündür ki, onların sayı çox olsun. Lakin Paşinyan zəmanət ala bilmir. Ona görə də, gözləmə mövqeyindədir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button