ManşetÖlkə içi

Qarabağdan köçmüş ermənilər geri qayıtmaq istəyirlər: AzTV-ni reportajlarına baxıb, peşman olublar

Ermənistanın tirajlı “Hraparak” qəzeti iddia edib ki, Azərbaycan telekanlları, xüsusən də Az TV-nin davamlı olaraq Xankəndi və işğaldan azad edilmiş digər şəhərlərimizlə bağlı reportajları Qarabağdan könüllü köçmüş ermənilərin diqqətini çəkib.

JAMAZ.İNFO xəbər verir ki, erməni nəşri bu reportajlardan sonra İrəavan köşmüş ermənilərin geri qayıtmaq istəklərini artırıb. Belə ki, onlar reportajlarda görülən işlər və yaradılan şəraiti müşahidə edərək, Qarabağı tərk etdiklərinə peşman olduqlarını bildirməyə başlayıblar. “Sosial şəbəkələrdə bununla bağlı ciddi müzakirələr gedir. Onlar Azərbaycan telekanallarında yayınlanan reportajları gördükdən sonra, Qarabağı tərk etdiklərinə peşman olduqlarını və geri dönmək istədiklərini açıq şəkildə yazmağa başlayıblar. İndi həmin fikirdə olan adamlar geri dönmək üçün hansı addımların atılması barədə düşünməklə yanaşı, həm də kimə müraciət edəcəklərini müzakirə edirlər”.

“Hraparak” həmçinin Xankəndidəki ermənilərin Azərbaycan TV-lərinə verdikləri müsahibələrin də bu məsələyə ciddi təsir etdiyini qeyd edir. Qəzet yazır ki, həmin adamların mövcud şəraitlərini tərifləməsi, onlara yaxşı münasibət göstərilməsi barədə fikirləri Ermənistana köçmüş ermənilərin peşman olmalarına bilavasitə təsir edən amillərdən sayılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button