ManşetSiyasət

Qarabağdakı terrorçulardan Bakıya “ultimatum”: “90-cı illərdəki kimi müqavimət göstərəcəyik”

Son zamanlar rusların dəstəyi ilə Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinin silahlandırılması prosesi həyata keçirilir. Rəsmi Bakı dəfələrlə bununla bağlı görüntülər təqdim edib və Rusiya tərəfinə xəbərdarlıq göndərib. Lakin bütün bunlara baxmayaraq, separatçıların silah və sursatla təhciz edilməs prosesi dayanmayıb.

JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi sonuncu dəfə bir neçə gün əvvəl məhz bölgədəki rus hərbçilərini dəstəyi ilə erməni separatçılarının silah daşımasını əks etdirən görüntülər yayıb. Bu isə Azərbaycanın artıq səbrinin tükəndiyini, qısa zamanda Qarabağda qanunsuz silahlı dəstələrə qarşı antiterror əməliyyatına başlamasını zəruri edir.

Qeyd edək ki, rəsmi Bakı bir neçə dəfə Qarabağda yaşayan ermənilərin silahlarını buraxmasını və təhvil verməsini tələb edib. Bundan başqa, Azərbaycan 10 noyabr sazişinə əsasən Qarabağdakı Ermənistan ordusunun bölmələrinin çıxarılmasını davamlı olaraq tələb etməkdədir. Ancaq nə İrəvan, nə də Xankəndidəki qüvvələr bunu həyata keçirmirlər, hətta imtina edirlər.

Bu gün isə Qarabağda özünü “qurtuluş ittifaqı” olaraq təqdim edən, Birinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşmüş terrorçulardan təşkil olunan “təşkilat” bəyanat yayıb. Daha doğrusu, onlar daha çox Bakıya “ultimatum” veriblər. “Azərbaycan tərəfinin Qarabağda silah daşındığına dair iddiaları əsassızdır. Məqsəd Qarabağı və orada yaşayan erməniləri qoruyan “müdafiə ordusu”nun ləğv edilməsidir”.

“Qurtuluşçu”lar iddia ediblər ki, guya, qondarma “müdafiə ordusu” qanuni əsaslarla yaradılıb və beynəlxalq səviyyədə “tanınıb”. “Biz bəyan edirik ki, “müdafiə ordusu”nun tərksilah edilməsi və ləğvi tələbi qəbuledilməzdir və qanunsuzdur. Bu “ordu” bölgədə sabitliyi qətiyyən pozmur. Bunu edən isə Azərbaycandır. Bildiririk ki, heç bir şəkildə “ordu”nin tərksilah olunmasına imkan verməyəcəyik və buna 1990-cı illərdə olduğu kimi, müqavimət göstərəcyik”.

P.S. Qeyd edək ki, Qarabağdakı “qurtuluş ordusu” 90-cı illərdə Azərbaycana qarşı döyüşmüş hərbçilərdən təşkil olunub. Onların “90-cı illərdəki kimi müqavimət göstərəcəyik” bəyanatı isə birmənalı olaraq Bakıya ultimatumdur və məqsədləri də silahlı müqavimət göstərməkdir. Yəni, onlar Azərbaycan Ordusuna atəş açacaqları, hətta təxribatlar təşkil edəcəklərinə ehyam vurublar.

Görünən odur ki, ermənilər yenidən qan tərəfdarıdır və dinc oturmaq fikrində deyillər. Eyni zamanda, Azərbaycan Ordusunun gücündən də bixəbərdirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button