ManşetÖlkə içi

Qarabağdakı terrorçular Laçındakı mövqelərimizi atəşə tutdu: Bir əsgərimiz şəhid oldu

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini intensiv atəşə tutub. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı Müdafiə Nazirliyi yayıb. 
Məlumatda deyilir ki, nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. “Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir! Allah rəhmət eləsin! Bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button