GündəmManşet

Qarabağdakı separatçılar İrəvana müraciət etdi: “Azərbaycanla döyüşməyə bizə silah verin”

Qarabağda ermənilərin törətdiyi təxribatdan sonra Xankəndidə vəziyyət gərginləşməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, separatçıların rəhbəri Arayik Harutyunyanın dünənki çıxışından sonra da vzəiyyəti nizamlamaq mümkün olmayıb.

Əksinə, Qarabağdakı daşnaklar yeni kampaniya və etirazlara hazırlaşdıqlarını bildiriblər. Belə ki, onların bir qismi bu gün Rusiyanın Qarabağdakı müvəqqəti yerləşdirilmiş sülhməramlı missiyasının qərargahı qarşısında aklsiya keçirməyə hazırlaşırlar. Qarabağdakı daşnakların nümayəndəsi sayılan Tiqran Petrosyan bildirib ki, aksiyada yeganə tələb rus sülhməramlılarının komandanı Andrey Volkovun istefa verməsidir.

Onlar hesab edirlər ki, Xankəndinin 3 km-də baş verən hadisə onlar üçün ciddi təhlükədir. Eyni zamanda, ruslar bu prosesin qarşısını almaqda acizdirlər və heç bir addım atmırlar.

Amma separatçılar bununla da kifayətlənmirlər. Artıq Azərbaycana “meydan” oxumağa da başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, Xankəndidə qeyri-qanuni fəaliyyət göstərən QHT-lərin bir qrupu Ermənistan hakimiyyətinə müraciət ediblər. Onlar İrəvandan “özünümüdafiə məqsədilə Qarabağ əhalisini silahlandırmağı”nı tələb ediblər. “Hadisə Xankəndinin düz burnunun dibində baş verib. Cəmi 3 km-lik məsafədə. Bu artıq təhlükədir. Ermənistan hakimiyyəti təcili olaraq Qarabağ ermənilərini silahlandırmaq üçün addımlar atmalıdır”.

Qeyd edək ki, Qarabağdakı separatçılar hələ bir neçə gündür Azərbaycana qarşı silahlı müqavimət məsələsini gündəmə gətiriblər. Onlar uzun zamandan bəri silahlanması da bununla bağlıdır. Amma bu qanmazlar anlamırlar ki, Ermənistan onlara nəinki silah, bütün ordusunu göndərsə belə, Azərbaycan Əsgərinin qarşısında duruş gətirə bilməyəcəklər. Bunu ən azı 44 günlük Vətən Savaşı zamnı nəinki gördülər, həm də yaşadılar. Ermənistandan silah istəmək isə o deməkdir ki, Qarabağdakı əlindəı silah tutan hər bir şəxs Azərbaycan Ordususunun legitim terror hədəfidir və onun məhv edilməsi üçün də zəruri addım atılacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button