ManşetSiyasət

Qarabağdakı separatçılar Bakıya təklif göndərib: “Əlimizdə başqa heç nə yoxdur”

Qarabağdakı erməni separatçıları Bakıya təklif göndəriblər. JAMAZ.İNFO xəbər verir ki, rus sülhməramlıları vasitəsi ilə göndərilən təkliflər Şuşa İncəsənət Muzaeyindəki rəsm əsərləri ilə bağlıdır.

Belə ki, Qarabağdakı separatçıların nümayəndəsi Lusine Qaraxanyan deyib ki, onlar Bakıya Azərbaycan rəsmlərini Şuşadakı erməni, rus və fransız rəssamlarının rəsmləri ilə dəyişməyi təklif ediblər. “Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan rəssamlarının 40-dək rəsm əsəri erməni tərəfində qaldı. 30 ildir ki, Azərbaycan tərəfi bu rəsmləri geri qaytarmağa cəhd belə etməyib. İndi biz onlara özümüzünkünün müqabilində geri qaytarmağı təklif etmişik, lakin hələ də cavab almamışıq”.

Karaxanyan qeyd edib ki, Qarabağdakı separatçıların Azərbaycan rəssamlarına məxsus 40 rəsm əsərindən başqa, əvəz olaraq təklif edə biləcəyi heç nəyi yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button