ManşetÖlkə içi

Qarabağdakı qondarma “rus icması” iclas keçirib: “Biz Azərbaycanın tərkibində yaşamaq istəmirik”

Dünən Qarabağda Rusiyanın dəstəyi ilə yaradılmış qondarma “rus icması” iclas keçirib. JAMAZ.İNFOP xəbər verir ki, “icma”nın rəhbəri Aleksandr Bordov deyib ki, Qarabağ bu gün çətin vəziyyətdədir.

O qeyd edib ki, hazırda Rusiya sülhməramlıları çətin, faktiki böhran vəziyyətindədirlər.  “Aydındır ki, bu gün biz barrikadaların eyni tərəfində olmalıyıq”.

Bordov daha sonra bildirib ki, onların Azərbaycan əhalisinə qarşı hər hansı kini yoxdur. “Lakin biz üçtərəfli razılaşmanın əksinə olaraq, 206 gündür davam edən blokadanın və Azərbaycanın hərbi-siyasi rəhbərliyinin Qarabağ torpağında həyata keçirdiyi əməliyyatların əleyhinəyik. Bütün bunlar, o cümlədən Sumqayıtda, Bakıda, Qarabağda erməni əhalisinə qarşı amansız cinayətlərin törədildiyi faciəli hadisələrin tarixi yaddaşı mövcud vəziyyətdə Azərbaycanın tərkibində olmağın və birgə yaşamağın mümkünsüzlüyünü diktə edir”.

P.S. Bordov uzun müddət idi “radar”da yox idi. Heç onu saya salan da tapılmırdı. Elə ki, Bakıdan Xankəndinə ərzaq göndərilməsi prosesinə start verildi, dərhal “rus icması” peyda oldu. Aydın məsələdir ki, Kreml Qarabağda bütün rıçaqlarını işə salaraq, problemin həllinə imkan vermək fikrində deyil. Bir müddət Vardanyandan istifadə etdi, indi də “icma” söhbətini ortaya atıb.

Bu arada, Bordov əgər Azərbaycanın tərkibində yaşamaq istəmirsə, qapı açıqdır. Gedə bilər. Doğulub, böyüdüyü Rusiyaya. Çünki onun Qarabağa heç bir aidiyyatı yoxdur və Kremlin əlaltısından da baş bir şey deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button