ManşetSosial

Qarabağdakı ermənilər qorxu içində: “Ən yaxşı halda 30 gün dözə biləcəyik”

Laçın dəhlizinin bağlanması səbəbindən Ermənistanla əlaqəsi kəsilən Qarabağdakı ermənilər gün keçdikcə daha çox panikaya düşürlər. JAMAZ.İNFO xəbər verir ki, dünəndən etibarən Xankəndi və ətraf rayonlarda ərzaq və yanacaq qıtlığı yaranmağa başlayıb.

Xankəndidəki dükanlarda bir çox zəruriərzaq məhsullarının tapılmadığı, hətta bunun ciddi narazılığa səbəb olduğu da elə ermənilər tərəfindən təsdiq olunur. Hərçənd separatçılar və onlara qoşulmuş rus hərbçiləri erməniləri sakitləşdirməyə çalışırlar. Bildirirlər ki, tezliklə yol açılacaq və problemlərin hamısı həll olunacaq.

Lakin Xankəndi və digər şəhərlərdə yaşayan ermənilər belə vəziyyətdə uzun müddət yaşaya bilməyəcəklərini mətbuata açıqlayıblar. “Jamanak” qəzetinə açıqlama verən Xankəndi və Şuşanın ətrafındakı kəndlərdə yaşayan ermənilər bildiriblər ki, hazırkı durum davam edərsə, ən çox bir ay duruş gətirə bilərlər. “Ərzaq ehtiyatımız ən yaxşı halda bir ay bizi görə bilər. Amma ciddi qıtlıq çəkəcəyimiz məhsullar da var. Onları vaxtında tədarük edə bilməmişik. Dərman sarıdan isə çətinliyimiz daha çoxdur. Onun heç 15 günə çatacağına ümidimiz yoxdur”.

Ermənilər bildiriblər ki, narahatdırlar. Lakin hələlik yaşadıqları yerləri tərk etmək barədə düşünmürlər. Amma vəziyyətləri ağırlaşarsa, Ermənistana köçəcəklərini də istisna etməyiblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button