ManşetSiyasət

Qarabağda ermənilər iki yerə bölündülər: “rubençi”lərlə “arayikçi”lər arasında toqquşma

Qarabağdakı ermənilər son baş verən hadisələrdən sonra iki yerə bölünüblər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Həmin məlumatda deyilir ki, bu bölünmənin səbəbi Ruben Vardanyanın Qarabağa gəlməsindən sonra yaşananlar və nəticədə, narazılığın pik həddə çatmasıdır. Belə ki, Vardanyan Xankəndiyə ayaq qoyduqdanb sonra aqressiv çıxışları ilə diqqəti çəkib. Davamlı olaraq Azərbaycanı tənqid və təhdid etməsi səbəbindən ermənilərin vəziyyəti daha da pisləşib. “Vardanyanın çıxışları Azərbaycanın daha sərt addım atmasını şərtləndirir. Bu həqiqətdir ki, onun gəlişindən sonra Qarabağda vəziyyət çox pisləşib. Bu səbəbdən də Qarabağdakı erməniləri iki yerə bölünüblər. Onların bir qismi Vardanyanı dəstəkləsələr də, digər qismi ona qarşı çıxmağa başlayıblar. Birinci qism hesab edir ki, Azərbaycanın hazırda atdığı sərt addımları neytrallaşdırmaq mümkündür və Ruben də bunu bacaracaq. Lakin ikinci qrup isə açıq şəkildə deyirlər ki, Arayik Harutyunyan daha tədbirli davranaraq, iki il ərzində Azərbaycanla heç bir konfrantasiyaya getməməklə Qarabağdakı ermənilərin problemlərini həll edə bilirdi.

Erməni nəşrləri yazır ki, hazırda tərəflər arasında gərginlik getdikcə artır. Həmin məlumatlara görə, hadisələrin indiki şəkildə davam etməsi tərəflər arasında toqquşmanı qaçılmaz edəcək. Qeyd edilir ki, Qarabağda vəziyyət olduqca ağırdır və bu da gec-tez “rubençi”lərlə “arayikçik”lər arasında total toqquşmaya gətirib çıxaracaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button