ManşetÖlkə içi

Qarabağda bütün tikinti işləri dayandırılıb: ermənilərə üç aydır pul verilmir

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan Qarabağda yaşayan ermənilər onlara ayrılmış aylıq pullarını ala bilmirlər. JAMAZ.İNFO xəbər verir ki, bunu bu gün İrəvanda aksiya keçirən bir qrup erməni bildirib.

Onlar deyib ki, Ermənistan hökuməti onlara hər ay 40 min dram (80 dollar) yardım verir. Lakin iyul ayından bu günə qədər həmin pulun verilməsi dayandırılıb. Səbəb kimi isə maliyyə çatışmazlığı göstərilib. “Xankəndidə məsələ qaldırdıq. İyul, avqust, sentyabr ayları üçün ayrılmış pulu istədik. Dedilər ki, pul yoxdur. Oktyabrdan isə söhbət belə getmir”.

Özünü Hadrut sakini kimi təqdimedən Artur Stepanyan isə deyib ki, onlar çox pis vəziyyətdədirlər. ““Biz çox pis vəziyyətdəyik. Hər gün eşidirik ki, kiminsə evinin kirayəsi artırılıb, insanlar sadəcə nə edəcəklərini bilmirlər. Hazırda Qarabağda bütün tikintilər dayandırılıb. Deyirlər ki, səbəb pulla bağlıdır. Hamını aldadırlar. Biz nə edəcəyimizi bilmirik. Tək çıxış yolumuz başqa ölkəyə köçməkdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button