ManşetSosial

Qarabağda ərzaq və tərəvəz dükanları bağlanır –FOTOLAR

Şuşa-Xankəndi yolunda 22 gündür aksiya davam edir. JAMAZ.İNFO xəbər verir ki, erməni separatçılarının mədənlərimizi talamasına etiraz olaraq başlayan aksiyaya, sonradan yeni tələblər də daxil edilib.

Bu tələblər separatçılar və Ermənistanın silahlı dəstələrinin Qarabağı tərk etməsi, habelə Azərbaycan yuridiksiyasının Xankəndidə təmin olunmasından ibarətdir. Bundan başqa, aksiyaçılar Qarabağda yaşayan ermənilərin ərzaq təminatı və humanitar problemlərinin həlli üçün lazım olan addımları atmağa hazır olduqlarını bəyan ediblər. Onlar bildiriblər ki, mülki ermənilər öz ehtiyaclarını qarşılamaq, ərzaqla təmin olunmaq üçün Azərbaycan rəsmilərinə müraciət edə bilərlər. Həmçinin Ermənistandan onlar üçün ərzaq gətirilməsi üçün də yolun bağlı olmadığını bildiriblər.

JAMAZ.İNFO xəbər verir ki, hal hazırda Ermənistandan Qarabağa heç bir maşın hərəkət etmir. Buna səbəb Şuşa-Xankəndi yolunda aksiyanın keçirilməsi deyil. Ermənilər bununla sadəcə, özləri üçün təbliğat qurmağa, “humanitar fəlakət” rəyi yaratmağa çalışırlar. Halbuki yol humanitar məhsullar üçün açıqdır və heç bir məhdudiyyət də yoxdur.

Bu əsnada, məlum olub ki, Qarabağda yaşayan ermənilər meyvə və tərəvəz sarıdan korluq çəkməyə başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, bununla bağlı erməni fotoqraf Ani Kaginyan tərəvəz dükanlarından çəkdiyi fotoları paylaşıb. Həmin fotolardan görünən odur ki, tərəvəz dükanları boşdur və demək olar ki, heç bir çeşid qalmayıb.

Həmçinin ərzaq məhsulları olan dükanlarının da bir çoxunun bağlanması barədə xəbərlər yayılıb.

Qarabağdakı separatçıların nümayəndəsi Metaxe Akopyan isə “faciəvi” durumu belə təsvir edir: “Qarabağ mühasirədədir. Erməni vətəndaşlar bir butulka maye yağı alaraq, qonşuları ilə birlikdə istifadə edir. Hamı qənaət rejiminə keçib”.

Qeyd edək ki, bütün bunlar erməni həyasızlığının göstəriciləridir. Bu gün Azərbaycan dövləti Qarabağda yaşayan erməniləri nə blokadada saxlayır, nə də onların ərzaqla təminat məsələsinə müdaxilə edir. Əksinə, Azərbaycan XİN-i dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan ermənilərin bütün ehtiyacılarını qarşılamağa hazırdır. Lakin Vardanyan və onun düşüncəsində olan bir qrup separatçı mülki ermənilərə təzyiq və şiddət göstərməklə, hətta etiraz edənlərə işgəncə verməklə blokadada saxlayır. Əgər bu gün hər hansı bir mülki erməni Azərbaycan tərəfinə yaxınlaşıb, köməklik istərsə və ya Azərbaycan vətəndaşlığını qəbul etdiyini bildirərsə, onun üçün istənilən şərait yaradıla bilər. Bu dəfələrlə açıqlanıb və bu gün də eyni vəziyyətdir. Yəni dəyişən heç nə yoxdur.

Yox, mülki ermənilər Vardanyan, Harutyunyan və digərlərinin oyununa qoşulub, belə də davam etmək istəyirlərsə, o zaman indikindən daha artıq məhdudiyyətlə üzləşəcəklər. Seçim onlarındır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button