GündəmManşet

Qarabağ Vardanyana niyə lazımdır?

Xəbər verildiyi kimi, dünən Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının nümayəndələri ilə görüşdə Qqarabağ məsələsinə toxunub. JAMAZ.İNFO xəbər verir ki, dövlət başçısı çıxışında bəyan edib ki, rəsmi Bakı Qarabağda yaşayan ermənilərlə danışıqlar aparmağa hazırdır.

Lakin ölkə rəhbəri bu danışıqları Moskva tərəfindən, xüsusi gündəliklə göndərilmiş Vardanyanla etmək fikrində deyil. Üstəlik, həmin prosesə Ermənistanın müdaxiləsinə də imkan verməyəcəklər.

Qeyd edək ki, dövlət başçısının bu çıxışı Ermənistanda, o cümlədən Qarabağda yaşayan erməni separatçılarını ciddi narahat etməyə başlayıb. Hətta Qarabağdakı separatçılar Vardanyanla, Harutyunyanla danışıqlar aparılmayacaqsa, bəs, kiminlə danışılacaq suallarını veririlər.

Bu gün isə Qarabağda özünü “dövlət naziri” elan etmiş, ötən gün Prezident İlham Əliyevin də adını çəkdiyi milyarder Ruben Vardanyan açıqlama verib. JAMAZ.İNFO xəbər verir ki, Vardanyan özünün Facebook hesabında bildirib ki, o, Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağla birbaşa dialoqa başlamaq istəyini alqışlayır. “Mən Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağla birbaşa dialoqa başlamaq istəyini alqışlayıram. Hhesab edirəm ki, Qarabağ bu prosesdə subyekt olmalıdır. Beynəlxalq vasitəçiliklə birbaşa danışıqların yeni formatının yaradılmasını da alqışlayıram. Beynəlxalq vasitəçilər arasında Rusiya və ABŞ-la yanaşı, mütləq Fransa da yer almalıdır. Nəzərinizə çatdırım ki, Fransa həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir”.

Vardanyan daha sonra yazıb ki, o, daha konstruktiv tona keçilməsini istəyir. “Əvvəlcə cənab Əliyevin fikrincə, mənim “aydın gündəliyim”in nədən ibarət olmasına aydınlıq gətirim. Mən dəfələrlə vurğulamışam ki, Qarabağ “xalqı”nın maraqlarından başqa, Qarabağda başqasının maraqlarını qoruya biləcəyimlə bağlı ittihamlardan qaçmaq üçün Rusiya vətəndaşlığından imtina etmişəm. Düşünürəm ki, mən cənab Əliyevin təklif etdiyi danışıq aparacaq tərəf kriteriyalarına tam cavab verirəm. Yəni, Qarabağda yaşayır və orada yaşamaq istəyir”.

Erməni separatçısı bununla kifayətlənməyərək, Azərbaycanı dolayı yolla müharibə ilə hədələməkdən də çəkinməyib. “Müharibə həmişə müharibə gətirir. Bəzən bu, bir neçə nəsildən sonra belə olur. Bu gün təcavüz  xalqlarımızın gələcək nəsilləri üçün saatlı bombadır. Bu o deməkdir ki, hər iki tərəfin liderləri bütün məsuliyyəti öz üzərinə götürməli və nə qədər çətin olsa da, danışıqlar masasına əyləşib qanı dayandırmalıdırlar”.

P.S. Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina etməsi, onun Rusiyanın adamı olmaması anlamına gəlmir. Yəni, onun gətirdiyi “arqument” əsassızdır. Eyni zamanda, Vardanyanın davranışları, atdığı addımlar da göstərir ki, o, Rusiyanın təlimatları əsasında hərəkət edir. Digər tərəfdən, separatçı Fransanın da danışıqlar prosesində olmasını istəyir. Halbuki Azərbaycan Qarabağ erməniləri ilə danışıqlara heç bir xarici ölkəni qatmaq fikrində deyil. Üstəlik, ATƏT-in Minsk Qrupu artıq fəaliyyət gsötərmir və göstərməsi də Bakı tərəfindən qəbul edikmir. Elə dünən ABŞ-ın nümayəndəsi Filip Riker də bəyan etdi ki, Minsk Qrupu artıq yoxdur. Əgər Vardanyan indiyə qədər bunu qanmayıbsa, bu artıq onun ağlını yoxlatdırmasını zəruri edir.

Bu gün onu dil-dil ötdürən də bəllidir. Bunu onun gizlətməsinin də faydası yoxdur. Lakin onun nə deməsi, nə düşünməsindən asılı olmayaraq, Qarabağ heç vaxt “müstəqil” olmayacaq. Bunu Vardanyanın özü də yaxşı bilir. Onun Qarabağa gəlməsi birbaşa ənənəvi işbazlığının nəticəsidir. Niyyəti Qarabağda hansısa “dövlət” qurmaq yox, Rusiyada  olduğu kimi, burada da “qara pulları” təmizləməklə məşğul olsun. Bunun üçün isə ona Qarabağ kimi, nəzarətsiz yer lazımdır. Çünki nəzarətsiz bölgələr “qara pulların” yuyulması üçün olduqca əlverişlidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button