ManşetÖlkə içi

Qarabağ qazisi iki övladı ilə çarəsiz durumda – VİDEO

Göyçay rayon sakini, 1-ci Qarabağ müharibəsi iştirakçısı Şamilov Şahmar Qərib oğlu düşdüyü acınacaqlı durumla bağlı JAMAZ.İNFO-ya müraciət edib. O bildirib ki, həyat yoldaşı il yarım öncə xərçəng xəstəliyindən dünyasını dəyişib. Özü isə iki uşaqla birlikdə kirayələrdə qalır.

O bildirib ki, durumu ilə əlaqədar bir neçə dəfə köhnə icra başçısının, bir o qədər də yeni icra başçısının qəbulunda olub. Lakin hər iki icra başçısı onlara heç bir yardım etməyib. “Mən Natiq Ağayevin qəbulunda oldum. O, mənə bildirdi ki, rayon İH-da vətəndaşları fərdi evlə təmin etmək üçün vəsait yoxdur. Halbuki ondan yeni mənzil deyil, sadəcə övladlarımla birgə qala biləcəyimiz kiçik bir sığınacaq istəyirdim. Bu minvalla, nə az, nə çox, ümumilikdə üç dəfə onun qəbulunda oldum”.

Qarabağ qazisi yazır ki, keçmiş icra başçısı Mehdi Səlimzadə yeni icra başçısında daha insaflı olub. “Düzdür, Mehdi də köməklik etməmişdi. Lakin ən azından göstəriş verirdi ki, nəsə etsinlər. Necə deyərlər, yağmasa da, guruldayırdı”.

Şahmar Şamilov deyir ki, işi də yoxdur. “Övladlarım doyun qarın yemək belə yeyə bilmirlər. Məsələn, Göyçay “Şəhər Təsərrüfatı Birliyi”ndə sosial işlər mövcuddur. Ən azından orada işlə təmin olunmağım üçün göstəriş verilə bilərdilər. Hazırda kirayə qaldığımız mənzilin sahibi də tezliklə buranı boşaltmağımızı tələb edib. Bu gün icra başçısı mənə “Nəyimə gərəkdir, get işlə, uşaqlarına bax”, – deyir. Sabah gələcəklər ki, oğlunu ver, əsgər aparırıq”.

Qarabağ qazisi müraciətində dövlət başçısından yardım istəyib. “Göyçayın icra başçısından bizə haray yoxdur. Ona görə də, Cənab Prezident, Sizdən xahiş edirəm ki, bizim sığınacağa yerləşdirilməyimiz və mənim sosial işlə təmin olunmağım üçün köməklik göstərəsiniz”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button