GündəmManşet

Qarabağ ermənisindən maraqlı sual: “Çıxarılan qızılların pulları kimin cibinə gedib?”

Qarabağ ətrafında baş verən son hadisələrdən sonra orada yaşayan ermənilərin bəziləri gedişatı təhlil edib, özləri üçün müəyyən nəticələr çıxarmağa başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, son günlər Azərbaycanla münasibət, erməni-azərbaycanlı münasibətləri məsələsi ətrafında Qarabağd erməniləri arasında müəyyən müzakirələr başlayıb.

Bu müzakirələr ermənilər tərəfindən əsaslı suallara da səbəb olub. Məsələn, HYQA Media adlı səhifədə bununla bağlı paylaşım edən Qarbağ ermənilərindən olan Vahe Hovsepyan son günlər qızıl yataqları ətrafında gedən proseslərlə bağlı suallar ünvanlayıb.

O yazır ki, Azərbaycan tərəfinin Qarabağda ətraf mühitə ziyanın vurulması, qızıl yataqlarının istismarında kobud pozuntulara yol verilməsinin araşdırılmasına dair tələbləri var. “Həmin yataqların yerləşdiyi dağların digər yarısının dağıdıldığı, hətta bəzisinin yoxa çıxdığına dair faktların olduğu deyilir. Bununla bağlı, peyk fotolarının olması da faktdır”.

Hovsepyan bunun ardından sual verir ki, indiyə qədər nə qədər qızılçıxarılıb və onların gəlirləri hara gedib. “Mənə çox maraqlıdır, haradasa məlumat varmı ki, məsələn, biz bu müddətdə nə qədər qızıl hasil etmişik, nə qədər bundan qazanıblar və o pullar hara gedib? Mövzudan kənar qeyd edimki, Qarabağın təbii sərvətlərinin Ermənistan, Rusiya və Azərbaycan arasında bölündüyü barədə şayiələr yayılmağa başlayanda mən hələ yeniyetmə idim. Sonra insanlar nədənsə bunu müzakirə etməyə qorxdular. Görünür, indi bu məsələnin müzakirəsi xoş qarşılanmır”.

Qarabağ ermənisi daha sonra yazır ki, iki xalq arasında nifrətin olmasını anlamır. “Mənim üçün sirr olaraq qalır ki, əsrlər boyu bizimlə düşmən olan, amma indi o, başqa birisi ilə dost olanı bizim vəzifəmiz yalnız NİFRƏT etmək və hətta ən yaxşısını müzakirə etməkdən ibarət olan birinə itaət etmək niyə həmişə adətdir? Mənim tayfam Türkiyədən bir az zərər çəkdi. Amma düşmənlərimlə nə vaxt və necə davranmağımla bağlı kiminsə əmrinə tabe olmağı ləyaqətimdən aşağı sayıram”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button