GündəmManşet

Qarabağ erməniləri yenə qazsız qaldı: separatçılar nə edəcəklərini bilmirlər  

Bu gün günorta saatlarından etibarən Ermənistandan Qarabağda yaşayan ermənilərə verilən təbii qazın verilişində problem yaranıb. JAMAZ.İNFO xəbər verir ki, həmin vaxtdan etibarən Qarabağa verilən təbii qaz dayanıb. Səbəbi isə məlum deyil.

Separatçılar bu məsələdə də Azərbaycanı ittiham edirlər (Onlar göydən daş da yağsa, bunun günahkarı kimi, Azərbaycanı görürlər). Onların iddiasına görə, guya, Bakının təlimatı ilə qaz xəttində qəza baş verib və nəticədə ermənilər “mavi yanacaq”sız qalıblar.

Qeyd edək ki, Qarabağdakı separatçılar dəfələrlə qaz xəttinin “qəza”sı səbəbindən oradakı erməniləri “mavi yanacaq”sız qoyublar. Belə ki, Şuşa-Xankəndi yolunda aksiya başlayandan sonra ermənilər özləri “məzlum” kimi görünmək üçün Ermənistan tərəfinə müraciət edərək, qaz verilişini dayandırmasını istəmişdilər. Ardından isə Azərbaycanı ittiham edərək, guya, qazın Bakının təlimatı ilə kəsildiyini bəyan edirdilər. Lakin “Qazprom Ermənistan” şirkəti bununla bağlı açıqlama verərək, qazın verilişinin məhz Qarabağdakı separatçıların xahişinə əsasən kəsdiklərini vurğulamışdı.

İndi də analoji addımı atmağa başlayıblar. Artıq 40 günə yaxındır davam edən aksiya səbəbindən çıxılmaz vəziyyətə düşən separatçıların beynəlxalq aləmə etdikləri müraciətlərinin də heç bir xeyri olmayıb. Verilən ümumi bəyanatlardan başqa hər hansı addım atılmayıb və atılması da imkansızdır. Çünki Azərbaycanın Qarabağdakı ermənilərdən istədiyi tək şey ölkənin yuridiksiyası altında yaşamalarıdır. Laçın dəhlizi də bağlı deyil, istənilən humanitar yüklərin daşınmasına da heç bir məhdudiyyət qoyulmayıb.

Sepratçılar isə bu kimi hallarla özlərini yenidən “bazara” çıxararaq, satmaq istəyirlər. Məqsədləri də dünyanı aldatmçaq, özlərini “gühansız” və”zərərdidə” kimi göstərməkdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button