ManşetSiyasət

Qarabağ erməniləri hamını Rusiya səfirliyi önündə çağırır: “Rus sülhməramlıları getsinlər”

Hal hazırda İrəvanda bir qrup Xankəndi və Hadrutda yaşamış ermənilər aksiya keçirirlər. Onlar evsiz və işsiz qaldıqlarını, Ermənistan hökumətindən tədbir görmələrini tələb edirlər. JAMAZ.İNFO xəbər verir ki, səhər saatlarında başlayan aksiyada iştirak edən ermənilər artıq Rusiya əleyhinə də şüarlar səsləndirirlər.

Onlardan biri, özünü Hadrut sakini kimi təqdim edən İra Tamrazyan mediaya açıqlamasında deyib ki, əgər hazırda Qarabağda olsaydı, Xankəndidə küçəyə çıxaraq, Rusiya sülhməramlılarından öz vəzifələrini yerinə yetirmələrini tələb edərdi. “Biz bilirik ki, bütün bu baş verənlər Azərbaycan və Türkiyənin oyunudur. Onlar Qarabağda yaşayan erməniləri qorxutmaq istəyirlər ki, qaçıb gedək. Lakin biz getməyəcəyik. Faktiki olaraq, Rusiya sülhməramlıları heç bir işlə məşğul olmurlar. Burada toplaşmış camaata müraciət edəcəm ki, hökumət binasının qarşısından Rusiya səfirliyinin önünə yığışaq. Orada biz ruslardan iş görmələrini tələb edəcəyik. Ya da çıxıb getsinlər və biz öz bildiyimiz kimi yolumuza davam edək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button